Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda növbəti əfv fərmanının imzalanması gözlənilir


Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bunu istisna etməyib


Onun sözlərinə görə, əfv komissiyası daim fəaliyyətdə olan orqandır.

Virtualaz.org-un əməkdaşı ilə söhbətində o deyib: “Ölkə prezidenti humanizm prinsiplərini əsas götürərək, mütəmadi olaraq bu cür aktlar imzalayır və mən istisna etmirəm ki, tezliklə əfvlə bağlı fərman imzalana bilər. Həmin sənədin Qurban bayramı ərəfəsində imzalanması da istisna edilmir”.

Əfv fərmanının Qərbin siyasi məhbus hesab etdiyi şəxslərə şamil edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq M.İbrahimqızı bildirib ki, konkret olaraq kimin azadlığa çıxacağı ona məlum deyil.

“İndi bu və ya digər şəxslərin adını çəkmək etikadan kənar olardı. Komissiyanın hüquqları ayrı-ayrı şəxslər üzrə rəylərin hazırlanması barədə qərarın qəbul edilməsi ilə məhdudlaşır. Tövsiyə xarakterli layihə hələlik hazır deyil, müzakirələr davam edir. Lakin bir şeyi deyə bilərəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə heç kim siyasi baxışlarına görə izlənilmir. Bir zamanlar müxtəlif partiyaların və təşkilatların üzvləri olmuş, lakin sonradan konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var. Onların heç biri siyasi baxışlarına görə mühakimə edilməyib”, - M.İbrahimqızı qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar