Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda növbədənkənar prezident seçkiləri - Bu tələsikliyin səbəbi nədir?


Natiq Miri: “Azərbaycan Respublikası Prezidenti seçkilərinə bu cür tələsgənlik həm regionda, həm də qlobal səviyyədə gedən qarşıdurma və gərginliklə bilavasitə əlaqəlidir”


Sərdar Cəlaloğlu: “Azərbaycanda fəaliyyətdə olan prezident keçmiş konstitusiya ilə seçildiyinə görə, yeni normalarla onun səlahiyyətləri və məsuliyyətləri arasında çox fərqlilik vardı. Bu fərqliliyi aradan götürmək üçün mütləq növbədənkənar prezident seçkiləri keçirilməli idi”.

Natiq Cəfərli: “Prezident seçkilərinin tez keçirilməsi İlqar Məmmədovun həbsdən çıxma şanslarını artırır. Çox böyük ehtimal seçkilərdən sonra, yəni aprelin sonu mayın əvvəli artıq İlqar Məmmədovu azadlıqda görəcəyik”.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Birdən birə bu tələsikliyi nəylə izah etmək olar və iki ay müddətində siyasi partiyaların seçkilərdə iştirakı nə qədər mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miriyə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna və Respublika Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərliyə müraciət edib.



Natiq Miri: “Hakimiyyət tələsir ki, bəri başdan hakimiyyətin gələcəyini seçki keçirməklə təminata alsınlar”.


Regionda və ölkənin daxilində sabitlik mövcudkən bu cür seçkiləri keçirməklə, ən azından növbəti 5 illiyə qədər hakimiyyəti və bütövlükdə ölkənin daxilindəki satabilliyi təminata almaq istədiklərini vurğulayan politoloq Natiq Miri əlavə edib ki, ola bilsin ki, hakimiyyət daxilində də, mövcud olan şəbəkələr arasında da bu yöndə konkret anlaşmalar var ki, bu cür qərar fövqəladə şəkildə dərhal ortaya çıxarıla bilib:

“Düşünürəm ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə bu cür tələsgənlik həm regionda, həm də qlobal səviyyədə gedən qarşıdurma və gərginliklə bilavasitə əlaqəlidir. Buna görə də hakimiyyət tələsir ki, bəri başdan hakimiyyətin gələcəyini seçki keçirməklə təminata alsınlar. Bunun başqa anlamı yoxdur. Çünki belə bir praktika Qazaxıstanda da oldu. Qazaxıstanın yaşlı prezidenti Nursultan Nazarbayev də seçkiləri xeyli qabağa çəkərək, ən azından növbəti 5 illiyə qədər hakimiyyətin ömrünü uzatdı ki, gələcəkdə Qazaxıstan dövləti üçün gözlənilə biləcək hər hansı təhlükədən güclü hakimiyyətlə sığortalana bilsin. 

Fövqəladə, ən çətin krizis olan vəziyyətlərdə bu cür həlledici məsələlərin, xüsusi ilə prezident seçkilərinin keçirilməsi təbii ki, ölkədə təxribat yaratmaq istəyən güclərə daha çox əsas və imkan yaradır. Buna görə də hələlik regionda və ölkənin daxilində sabitlik mövcudkən bu cür seçkiləri keçirməklə, ən azından növbəti 5 illiyə qədər hakimiyyəti və bütövlükdə ölkənin daxilindəki satabilliyi təminata almaq istəyirlər. 

Hesab edirəm ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildiməsinin əsas şərtlərindən biri də budur. Ola bilsin ki, hakimiyyət daxilində də, mövcud olan şəbəkələr arasında da bu yöndə konkret anlaşmalar var ki, bu cür qərar fövqəladə şəkildə dərhal ortaya çıxarıla bilib”.



Sərdar Cəlaloğlu: “Növbədənkənar prezident seçkilərinin həm də Dağlıq Qarabağla bağlı hakimiyyətin mərkəzləşdirilməsi məqsədi ilə də ola biləcəyini düşünürəm”.


Növbədənkənar prezident seçkiləri olduğuna görə müxalifətin seçkilərdə iştirakı ilə bağlı hökümətin müəyyən qanun qəbul edəcəyini vurğulayan ADP sədri açıqlamasında bildirib ki, onsuz da müxalifət 2 aya seçkilərə çox da ciddi hazırlaşa bilməyəcək:

“Bu qərar birdən-birə verilmədi. Çünki növbədənkənar prezident seçkiləri referendum qəbul edildikdən dərhal sonra elan olunmalı idi. Referenduma görə ölkədəki formal konstision vəziyyətlə praktiki-təcrübi vəziyyət arasında çox böyük ziddiyyət yaranmışdır. Bu ziddiyyətin aradan qalxaması üçün də növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Sadəcə olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi 3 ay gecikdirildi. Görünür həmin vaxt ölkədə olan vəziyyət növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün əlverişli olmamışdır. 

Burada qeyri-adi səbəb axtarmağa ehtiyac yoxdur. Ölkədə referendum keçirilib. Həmin referendumun mahiyyəti də Azərbaycanın sərt prezidentlik üsul idarəsinə keçidin təmin edilməsi idi. Amma Azərbaycanda fəaliyyətdə olan prezident keçmiş konstitusiya ilə seçildiyinə görə, yeni normalarla onun səlahiyyətləri və məsuliyyətləri arasında çox fərqlilik vardı. Bu fərqliliyi aradan götürmək üçün mütləq növbədənkənar prezident seçkiləri keçirilməli idi. 

Referendumdan sonra mən demişdim ki, növbədənkənar prezident seçkiləri keçirilməlidir. Əks halda indiki prezidentin fəaliyyəti Azərbaycan konstitusiyası ilə ziddiyyət təşkil edir. Növbədənkənar prezident seçkiləri 6 ay da gözləmək olardı. Amma əslinə baxsan 1 il ərzində prezidentin bütün fəaliyyəti konstitusiyaya zidd olacaqdı. Növbədənkənar prezident seçkilərinin keçirilməsinin birinci səbəbi budur.

Sərdar Cəlaloğlu: “Müharibə aparan ölkələrdə hakimiyyətin mərkəzləşdirilməsi vacibdir”.


Son zamanlar dünyada gedən proseslər onu göstərir ki, artıq beynəlxalq hüquq getdikcə öz gücünü itirir və yenidən əsrin əvvəlindəki kimi güc hüququ işə düşməyə başlayıb. Azərbaycan da əgər Dağlıq Qarabağı azad etmək istəyirsə, təbii ki, bu zaman müharibə variantın da nəzərə almalıdır. Müharibə aparan ölkələrdə hakimiyyətin mərkəzləşdirilməsi vacibdir. Bu baxımdan da mən növbədənkənar prezident seçkilərinin həm də Dağlıq Qarabağla bağlı hakimiyyətin mərkəzləşdirilməsi məqsədi ilə də ola biləcəyini düşünürəm. Həm də hökümət istəməsə belə bu tələbdir. Çünki biz müharibə vəziyyətindəyiksə, hakimiyyət kifayət qədər mərkəzləşməlidir.

Əbülfəz Elçibəyin hakmiyyətdən getməsinin əsas səbəblərindən biri də, o vaxt da müharibə vəziyyətində olmağımıza baxmayaraq hakmiyyətin kifayət qədər mərkəzləşdirilməməsi idi. Buna görə də Müdafiə Nazirliyi bir iş, Daxili İşlər Nazirliyi başqa iş görürdü, Parlament də başqa qərarlar qəbul edirdi. Müharibə vəziyyəti ilə idarəetmə arasında ziddiyyət olduğuna görə Elçibəyi yıxa bildilər. 

Bildiyimiz kimi qardaş Türkiyədə 30 ildən artıqdır ki, PKK-a fəaliyyət göstərir. Amma Ərdoğanın vaxtındakı qədər PKK-la effekli mübarizə aparıla bilinmirdi. Çünki ya prezidentlər parlamentin qərarın icra etmirdi, ya parlament prezidentin verdiyi sərəncamı təsdiq etmirdi, ya da ikisi birlikdə qərar qəbul edirdisə, ordu müstəqil olduğuna görə müəyyən addımlar atmırdı. Buna görə də PKK-a gündən-günə çiçəklənirdi. Türkiyə də hər gün terror təhlükəsinə məruz qalırdı və beynəlxalq səviyyədə də Türkiyə özünün bütün strateji maraqlarını əldən verməyə başlamışdır. Amma Ərdoğan hakimiyyətə gələndən sonra və Türkiyədə prezident üsul idarəsinin yaradılması istiqamətində proses başlanandan sonra, görünür ki, artıq Türkiyə əvvəlki Türkiyə deyil. Türkiyə çox böyük surətlə supergüc olmaq istiqamətində unkişaf edir və terrorimzə qarşı mübarizədə də əvvəlki 30 il ərzində aparılan iş qədər iş aparılıb. Bunun da səbəbi hakimiyyətin ekstriminal sitiuasiyaya uyğun planlaşdırılmasıdır. 

Sərdar Cəlaloğlu: “Əbülfəz Elçibəyin hakmiyyətdən getməsinin əsas səbəblərindən biri o vaxt da müharibə vəziyyətində olmağımıza baxmayaraq hakmiyyətin kifayət qədər mərkəzləşdirilməməsi idi”.


İndi Azərbaycanda da sürünən müharibə vəziyyətindədir. Yəni atəşkəs elan olunub, ancaq müharibə bitməyib. Belə vəziyyətdə də mərkəzləşdirilməmiş hakimiyyətlə çox ciddi naliyyətlər əldə edə bilmərik. Məsələn, Azərbaycan Müdafiə Nazirliyində, hakimiyyətin ayrı-ayrı dairələrində ruspərəst qüvvələrin olması Azərbaycanın öz torpaqlarını azad etməsində də çox ciddi daxili əngəllər kimi işləyir. Bu baxımdan, həm müharibə şəraitində olan bir ölkə kimi, həm də referendumdan sonra yaranmış vəziyyətlə Azərbaycan hakmiyyətində mərkəzləşdirilmə, yəni bir ələ toplanma siyasi cəhətdən düzgündür. Amma real vəziyyət – Azərbaycanın müharibə vəziyyətində olması, Azərbaycanda yeni konstitusiyanın qəbul edilməsi faktoru tələb edir ki, Azərbaycanda yeni prezident seçkiləri keçirilsin və Azərbaycanda hakimiyyət konstitusiya uyğunlaşdırılsın. Hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinin yalnız bu iki səbəbi var. Başqa üçüncü səbəbi yoxdur.

Ümumiyyətlə əvvəlki illərlə müqayisədə prezident seçkilərinə çox böyük vaxt ayrılmırdı. Növbədənkənar prezident seçkiləri olduğuna görə təbii ki, burada müxalifətin seçkilərdə iştirakı ilə bağlı hökümət müəyyən qanun qəbul edəcək. Ola bilsin ki, seçkilərdə imzaların sayı azaldılsın, yaxud da imza əvəzinə başqa şərt qoyulsun və s. Onsuz da müxalifət 2 aya seçkilərə çox da ciddi hazırlaşa bilməyəcək. Bunun üçün də hökümət tələb olunan asanlaşdırıcı addımlar atmalıdır. Amma hər şey iqtidarın iradəsindən asılıdır”. 



Natiq Cəfərli: “Çox güman ki, aprel seşkilərindən sonra yeni sistemə, yeni idarəetmə sisteminə keçidlə bağlı qərarlar veriləcək. Ola bilər ki, Nazirlər Kabineti ümumiyyətlə ləğv olunsun”.


Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas 2 siyasi səbəbi olduğun qeyd edən Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi əlavə edib ki, birinci səbəb Rusiyada mart ayında seçkilərin keçirilməsi, ikinci səbəb isə referendumdan sonra vitse-prezidentlik institutlarının tamamlanmasıdır:

“Əslində növbədənkənar prezident seçkilərinin keçirilməsinin 3 səbəbini göstərmək olar. 

1.Texniki səbəbdir. Çünki əgər prezident seçkiləri vaxtında, yəni 2018-ci ilin payızında keçirilsəydi 2025-ci il prezident seçkiləri ilə parlamet seçkiləri üst-üstə düşəcəkdi. Çünki 5 ildən bir parlament seçkisidir, bu dəfə də prezident 7 illik seçiləcək. Buna görə də texniki olaraq seçkilər üst-üst düşməsin deyə ya parlamet seçkilərini, ya da prezident seçkilərinin vaxtın dəyişməli idilər. Parlament seçkilərinə vaxt hələ olduğu üçün prezident seçkilərinin vaxtın dəyişdilər. Texniki olaraq da 2025-ci ildə parlamet və prezident seçkilərinin üst-üstə düşməsinin qarşısı alındı. 

Bu da əsas səbəb deyil. Mən hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas 2 siyasi səbəbi var. 

1. Rusiyada mart ayında seçkilər keçiriləcək və bütün dünyanın diqqəti məhz Rusiyadakı seçkilərə yönələcək. Rusiyada seçkilərin keçirilməsi fonunda Azərbaycanda da eyni vaxtda seçkilərin keçirildiyinə görə buradakı seçkilərə maraq az olacaq. Avropa qurumları, hansılar ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində seçkilərə nəzarət etmək hüquqları var, onların nəzarət etmə imkanları və həvəsləri azalacaq. Çünki Rusiya daha önəmlidir və bütün diqqət də Rusiyada keçirilən seçkilərə yönələcək və Azərbaycanda keçirilən seçkilər Rusiyada keçirilən seçkilərin kölgəsində keçəcək. Bu da Azərbaycan hökumətinə daha rahat seçki keçirmək imkanları yaradacaq. 

2. Bildiyimiz kimi referendumdan sonra vitse-prezidentlik institutları yaradılmışdır. Amma onların tətbiqinə başlanılmamışdır. Yəni tək birinci vitse-prezident təyin olunmuşdur. Ondan sonra heç bir vitse-prezidentlər təyin olunmadı və paralel strukturların yaranmasının şahidi olduq. Yəni birinci vitse-prezidentlik institutunun öz ətrafında yeni idarəetmə mexanizmlərinin qurulmasının şahidi olduq. Amma vitse-prezidentlər təyin olunmadı. Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu çox ciddi problem yaradır. Çünki onlardan biri olmalıdır. Çox güman ki, aprel seşkilərindən sonra yeni sistemə, yeni idarəetmə sisteminə keçidlə bağlı qərarlar veriləcək. Ola bilər ki, Nazirlər Kabineti ümumiyyətlə ləğv olunsun və yaxud da hər hansısa formal fəaliyyətə keçsin. Əsas idarəetmə institutları kimi vitse-prezidentlik institutları önə çıxsın. Bu keçidi tamamlamaq üçün də çox böyük ehtimal ki, prezident seçkilərinin tez keçirilməsinə qərar verildi. 

Natiq Cəfərli: “Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu çox ciddi problem yaradır”.


Onu da qeyd edim ki, “Real”ı maraqlandıran məsələlərdən biri də odur ki, prezident seçkilərinin tez keçirilməsi İlqar Məmmədovun həbsdən çıxma şanslarını artırır. Çox böyük ehtimal seçkilərdən sonra, yəni aprelin sonu mayın əvvəli artıq İlqar Məmmədovu azadlıqda görəcəyik.

Əslində Azərbaycanda son illərdə seçki institutunun özü formal xarakter daşıyır. Yəni seçki tək səsvermə günü deyil. Bületenin qutuya atılmasına seçki deyilmir. Seçki bir prosesdir. Klassik paletologiyada belə bir deyim var ki, seçki bu gün bitdisə, növbəti seçkinin təbliğatı başlanılmalıdır. Bir sözlər seçkiyə təbliğat dönəmi 2-3 ay yox, bir seçkidən o biri seçkiyə qədər olmalıdır. Azərbaycanda buna şəriat yoxdur. Sadəcə təbliğat dönəminə 2 aylıq bir sürə tanınır. Bu da siyasi partiyalar üçün çox azdır. 

Düşünürəm ki, indiki siyasi partiyaların prezident seçkilərinə tam gücü ilə hazırlaşması və iştirak edib müəyyən dividentlər toplaması kifayət qədər çətinləşəcək. Amma seçkilər həm də siyasi təşkilatlar üçün kiçik də olsa bir fürsət pencərəsi açır ki, onlar seçki dönəmindən istifadə edərək daha çox vətəndaşlarla, xalqla, seçicilərlə təmasda olsunlar. Çox güman ki, siyasi partiyalar da bu fürsətdən istifadə etməyə çalışacaqlar”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar