Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Meşə Dialoqu çərçivəsində “Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması” mövzusunda görüş keçirilib


Trend-in məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Milli Meşə Dialoqunun aparılması Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycanın meşə ilə örtülü əraziləri çox deyil.

Nazir qeyd edib ki, Azərbaycanda meşə ərazilərinin artırılması üçün ölkə başçısı İlham Əliyev tərəfindən də tapşırıqlar verilib. Bu baxımdan bir sıra ölkələrin, xüsusilə Türkiyənin təcrübəsini öyrənmək çox əhəmiyyətli olar.

M.Babayev əlavə edib ki, bir neçə həftə əvvəl Azərbaycanda meşələrin inventarlaşdırılmasına başlanılıb.

Onun sözlərinə görə, bu gün Azərbaycandakı meşə fondu ilə bağlı məsələlərin aydınlaşdırılması, onların dəqiqləşdilməsi lazımdır.

Nazir hesab edir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində bu işlərin daha düzgün qurulması mümkün olacaq.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, bu tədbirin başlıca məqsədi Azərbaycanda meşələrin dayanıqlı inkişafına yardım etmək, vahid strateji plan ortaya qoymaq, bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

M.Çakmak deyib ki, meşə sahəsi az olan Azərbaycan üçün yeni meşə zolaqlarının salınması olduqca vacibdir.

O əlavə edib ki, hazırda FAO-nun Azərbaycandakı nümayəndəliyi tərəfindən meşə ehtiyatlarının qiymətləndirilməsi layihəsi icra edilir: “2 illik layihə çərçivəsində meşə ekspertlərin təlimləndirilməsi, pilot rayonlar olan QaxAğdaşda meşə idarəetmə planlarının hazırlanması, meşə bərpa işlərinin aparılması, kənd icmalarının meşələrə təsirinin azaldılması və s. nəzərdə tutulur. Hazırda layihə uğurla icra edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar