Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda manyak peyda oldu - Kənd nəzarətə götürüldü


"Quba rayonunun Hacıhüseynli kəndində manyak peyda olub. Hazırda kənd polis tərəfindən nəzarətə götürülüb"


PİA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Quba Rayon Polis Şöbəsi (RPŞ) rəisinin birinci müavini Arzu Rzayev bildirib.

Onun sözlərinə görə, hər gecə kənd sakinləri qorxuya düşür:

"Belə ki, hava qaralanda hamı evə çəkilən kimi kimsə evləri daşlayır. Ev sahibi bayıra çıxır, ancaq heç nə ilə rastlaşmır. Bir kənd sakininin evindən qadınlara məxsus alt paltarları oğurlanıb. Bundan ertəsi gün xəbər tutan ev sahibi isə utandığından heç kimə bir şey deməyib.

Digər bir qonşu hamamda çimərkən kiminsə hamamın pəncərəsindən onu güddüyünü hiss edib. Bundan sonra dəhral bayıra çıxıb və kiminsə sürətlə qaçaraq uzaqlaşdığını görüb. Beləliklə, sakinlər üç gündür bu manyakı tapa bilmirlər".

A.Rzayev deyib ki, ötən gün kənd sakinləri bununla bağlı Quba Rayon Polis şöbəsinə xəbər veriblər:

"Polis də manyakı tutmaq məqsədilə bir gecə kənddə keşik çəksə də, ancaq buna nail olmur. Həmin hadisələr isə yenə təkrarlanır. Ona görə də hazırda kənd nəzarətə götürülüb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar