Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iqlim istiləşir


Dünya miqyasında havanın, iqlimin istiləşməsi prosesi gedir


Bu proses Azərbaycanda da müşahidə olunur. Hazırda ölkəmizdə temperaturun dəyişməsi prosesi öyrənilir.

PİA.AZ xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.

M.Həsənov deyib: “Müəyyən olunub ki, isti hava dalğalarının intensivliyi artıb. Məsələn, 1940-1960-cı illərə nisbətən isti hava dalğalarının sayı son dövrlərdə (1992-2014-cü illər) təqribən 3-4 dəfə artıb. Bu iqlim dəyişmələri təbii ki, həm insan sağlamlığına, həm bitkiçiliyə, həm də təsərrüfatın hər bir sahəsinə təsir edir. Bu istiqamətdə institutda çox geniş tədqiqat işləri aparılır”.

Alim bildirib ki, tədqiqatlara əsasən, Azərbaycanda havanın orta temperaturu 0,6 dərəcə ilə 1,4-1,5 dərəcə arasında yüksəlib. Həmin prosesə uyğun Azərbaycanın təbii landşaflarının sərhədlərində müəyyən dəyişikliklər nəzərə çarpır. Bu istiqamətdə adaptasiya tədbirləri müəyyənləşdirilməlidir. Əgər istiləşmə prosesi belə davam edərsə istiyə daha tələbkar olan bitkilərin əkilməsi, kənd təsərrüfat bitkilərinin rayonlaşdırılmasına yenidən baxılması lazım gələcək. Müvafiq tədbirlər görülməlidir ki, iqlim dəyişmələri ərzaq təhlükəsizliyinin təmin edilməsinə mane olmasın.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar