Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda internet vasitəsilə tapança satılır


Sosial şəbəkələrdə pinevmatik silahların reklamı aparılır; tapançanı satanların kimliyi gizli saxlanılır, yalnız köçürmə yolu ilə pul ödəndikdən sonra silah sahibinə çatdırılır


Sosial şəbəkələrdə Azərbaycanda pinevmatik silahların satışı ilə bağlı reklam mətnləri paylaşılır. Əməkdaşımız kiçik bir araşdırma aparıb və bəlli olub ki, pnevmatik silahlar internet vasitəsilə satılır və onlayın satış saytı olan hesablı.com portalı üzərindən aparılır. Saytda heç bir əlaqə nömrəsi qoyulmur, əlavə heç bir şərh və ya məlumat almaq mümkün deyil. Yalnız digər məhsullarla yanaşı pinevmatik tapançanın reklamı gedir və aşağıdakı xarakteristikası açıqlanır:

“Güclü Tətikləyici Çəkiyə malikdir.
Möhkəm 1:1 Tasarım
Qranula paketi
Güllənin Tipi 6 mm BB
Uzunluğu 162 mm
Barellin uzunluğu 75 mm
Çəkisi 360 qr
Atış məsafəsi 45 m 
18 yaşdan yuxarı istifadəsi mümkündür.
Özünü qorumaq üçün Orijinala bənzər Metal Tapançadan istifadə edə bilərsiniz.
Metaldan hazırlanıb. İdman görünüşə malikdir.
Şarikleri plastik dairələrdən ibarətdir. Yüngül metaldır”.

Hüquqşünaslarla söhbətimizdən aydın oldu ki, bu tip silahların azad satışı Azərbaycan qanunları ilə qadağandır. Çünki bu silahlar odlu olmasa da, insanı yaxın məsafədən öldürməyə qadirdir, gülləsinin zərbəsi təxminən “TT” tipli tapançanın zərbəsi qədərdir. Yalnız hüquq-mühafizə orqanlarından və psixoloji durumun yerində olmasına dair arayış əldə edildikdən sonra müəyyən məqsədlər üçün (film çəkilişlərində istifadə etmək üçün, həyatına təhlükə hiss edərkən müdafiə məqsədilə və s. ) vətəndaşlar onu əldə edə bilərlər. Ancaq hesablı.com saytında bu silah heç bir sənəd tələb olunmadan 18 yaşına çatmış şəxslərə köçürmə yolu ilə satılır. 

Güman edirik ki, aidiyyəti qurumlar məsələni diqqətdə saxlayacaqlar.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar