Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə süni şəraitdə zəli çoxaldılıb


Azərbaycanda ilk dəfə olaraq, zəlilələrin süni şəraitdə çoxaldılmasına nail olunub


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, artıq zəlilərin süni şəraitdə çoxaldılmasına nail olunduğundan onun təbiətdən ovlanmasına ehtiyac olmayacaq: "Hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil. Çünki bu, artıq unudulmuş təcrübədir. İnstitutun laboratoriyasında aparılan bu tədqiqat süni zəli baramasının yaradılması ilə nəticələnib. Zəli ətraf mühitə qarşı çox tələbkardır. Ona mütləq qaranlıq, sakitlik, optimal su və temperatur lazımdır. Biz bunu əldə edə bildik. Hazırda tədqiqatlar davam edir".

E.Yusifov Zoologiya İnstitutunun Mingəçevirdəki Təcrübə Dayaq Məntəqəsində də açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlər aparıldığını söyləyib. Onun sözlərinə görə, zəlilərin çoxaldılması təcrübəsi inkişaf etsə, ölkəmiz üçün də gəlir mənbəyi olar: "Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar. Zəliləri süni surətdə çoxaldaraq, istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil".

Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar