Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iki nazirliyin birləşdirilməsi projesi niyə alınmır?


Natiq Cəfərli: “Rabitə və Nəqliyyat nazirliklərinin problemləri bir binada birləşdirildi, lakin o problemlərin həlli üçün yeni yanaşma ortaya qoyulmadı”


Vergilər NazirliyiDövlət Gömrük Komitəsinin vahid bir qurumda birləşdirilərək  supernazirlik  yaradılması məsələsi bir neçə gündür ki, müzakirə olunur. 

Bu barədə dəqiq rəsmi məlumatlar olmasa da, “Turan” agentliyinin istinad etdiyi mötəbər mənbədən məlumat daxil olub.

Bu məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Qeyd edək ki, dünya təcrübəsində də bu cür halların olmasını nəzərə alaraq əksər ekspertlər, iqtisadçılar iki nazirliyin birləşdirilməsini, daha doğrusu, Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin bir departamentə çevrilməsini müsbət dəyərləndirirlər. Lakin bir məsələni də qeyd etməliyik ki, bu təcrübə daha öncə başqa bir nazirliyin timsalında Azərbaycanda yaşandı və heç də müsbət nəticə vermədi.

Belə ki, Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Lakin hələ də hər iki qurumun fəaliyyətində qeyri-müəyyənlik davam edir. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin və fəaliyyətinin Yüksək Texnologiyalar Nazirliyinə inteqrasiyası tam olaraq baş  çatmayıb.

Yeni qurumun yaradılması ilə sözügedən sahədə hər hansı müsbət nəticə və ya uğur əldə edilməyib. Əksinə problemlər daha da qabarıq şəkildə qalmaqdadır.

Bəs görəsən, belə olan halda daha iki nazirliyin birləşdirilməsi hansı nəticə verəcək? Hazırki iqtisadi şəraitdə dövlət büdcəsinə gəlirləri təmin edən əsas iki nazirliyin fəaliyyətinin yenidən qurulması prosesi  arzuolunan şəkildə həyata keçirilə biləcəkmi? Yoxsa bu iki qurumu da Nəqliyyat Nazirliyinin taleyi gözləyir?



“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ideya olaraq  sözügedən struktur islahatları müsbət olsa da, onun həyata keçirilməsi prosesi daha önəmlidir: “Əslində iki nazirliyin birləşdirilməsi yox, Gömrük Komitəsinin Vergilər Nazirliyi nəzdində bir departament kimi qurulması daha  məntiqlidir. Çünki fiskal orqanların bir əldə cəmləşməsi, büdcəyə vəsait toplayan əsas orqan olan Vergilər Nazirliyi tərəfindən həm vergi, həm də gömrük siyasətinin vahid mərkəzdən idarə olunması dünya təcrübəsinə də uyğundur. Belə bir birləşmənin aparılması doğru bir addım olardı. Ancaq bütün şərhlərimizdə də qeyd etmişik ki, bu ilkin addımdır. Təkcə birləşməklə məsələ bitmir, əsas  məsələ sonrakı idarəetmə və struktur  islahatlarıdır. Vergilər NazirliyiGömrük Komitəsi müstəqilliyin qazanılmasından bu günə qədər iş adamlarının, biznes dünyasının qorxulu röyasına çevrilmiş iki qurumdur. Belə bir nazirlik yaranacaqsa, bu birləşmə həyata keçiriləcəksə, ilkin addım kimi Vergilər və Gömrük Nazirliyi iş adamlarının, biznes dünyasının dostuna çevrilməlidir”.

İqtisadçının sözlərinə görə, iki qurumun birləşdirilməsindən sonra qanunvericilik səviyyəsində ciddi islahatlar olmalıdır: “Azərbaycanın vergi və gömrük məcəlləsi dünyada ən çox maddələr olan məcəllələrdən biridir. Bir-birinə əks olan, iş adamlarına çətinlik yaradan maddələr çoxdur. Vergi dərəcələri ilə bağlı inkişaf etmiş ölkələrdə aylarla, illərlə diskussiyalar aparılır, hətta seçkilər nəticəsində bu məsələ həll olunur. Qərb ölkələrində seçkilərin nəticəsini məhz vergi siyasəti müəyyənləşdirir. Hansı siyasi partiyanın vergi proqramı daha cəlbedici olursa, insanlar çox zaman onlara səs verirlər.  Azərbaycanda isə ötən il bir gecədə Vergilər Məcəlləsində 201 maddə dəyişdirildi. Bunun 150-si yeni müddəalar idi ki, məcəlləyə əlavə olundu. Bu absurd yanaşmadır və iş adamlarını çox qorxudur. İki nazirliyin birləşməsi ilkin addım kimi müsbətdir. Ancaq bundan sonra qanunvericilikdə də dəyişikliklər baş verməyəcəksə,  heç bir effektiv idarəetməyə və ölkə iqtisadiyyatında müsbət dəyişikliklərə gətirib çıxara bilməz. Bu addımdan sonra yeni qurumun strukturunun dəyişməsi, idarəetmənin  fəlsəfəsinin dəyişməsi, qanunvericilikdə dəyişikliklər edilməsi, Vergilər Məcəlləsinin sadələşdirilməsi və iş adamları üçün anlaşılan hala gətirilməsi, gömrük qanunvericiliyinin dəyişdirilməsi - bütün bunlar olacaqsa, iki qurumun birləşdirilməsi effektiv ola bilər”.

N.Cəfərli vurğuladı ki, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsinin qeyri-effektiv olması da məhz yuxarıda sadalanan səbəblərdən qaynaqlanır: “Bu idarəetmənin təkmilləşdirilməsi baxımından normal addım idi. Ancaq ondan sonra nazirliyin içində heç bir struktur dəyişiklikləri olmadı, yanaşma dəyişmədi. Nəqliyyat Nazirliyinə aid olan lisenziyaların verilməsi qaydaları sadələşmədi. Adlar birləşdirildi və yeganə nəticə o oldu ki, problemlər də birləşdi. Rabitə və Nəqliyyat Nazirliklərinin problemləri bir binada birləşdirildi, lakin o problemlərin həlli üçün yeni yanaşma ortaya qoyulmadı. Bu gün də həmin birləşmənin effekt verməməsinin əsas səbəbi struktur və idarəetmə islahatlarının olmamasıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar