Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda heyvanlar üçün hotel - Video


Azərbaycanda heyvanlar üçün ilk mehmanxana fəaliyyətə başlayıb


Qafqazinfo Space TV-yə istinadən xəbər verir ki, burada ev heyvanlarına əsl lüks şərait yaradılıb. Burada it və pişiklə yanaşı, dovşanlar da saxlamaq mümkündür. Onlar kiçik və rahat otaqlarda istirahət edir, hətta döşəyin üstündə yatırlar. Hoteldə heyvanları vaxtında gəzdirib-yedirdirlər. "Əgər siz 1-2 günlük ezamiyyətə gedirsizsə və itinizə baxan yoxdursa, onu hotelə verə bilərsiniz", - deyə hotel işçiləri bildirir. 

Pişiklərin "otaqları" isə daha genişdir. "3 otaqlı" hissə məhz bir pişiyə məxsusdur. Burada pişiyin yemək, yatmaq və oynamaq imkanı var. "Pişiklər burada çox yaxşı istirahət edirlər”, - deyə işçilər bildirirlər. 

Pişiklər üçün mehmanxana 8 korpusdan ibarətdir. Heyvanların qulluğunda duranlar onların nazı ilə oynayırlar. Hotelin əməkdaşı Zülfiyyə Kazımova deyir ki, əgər pişiyin sahibi istəyərsə, onu çimizdirir, tüklərini qırxır, hətta dırnaqlarını tuturlar: “Heyvanların sahibləri lazım olan xidmət barədə əvvəlcədən tapşırıq verirlər. Məsələn, tapşırırlar ki, pişiyimə peyvənd vurulmalıdır, qırxılmalıdır, dırnağı tutulmalıdır. Biz də onları yerinə yetiririk”. 

Hoteldə vaxt məhdudiyyəti yoxdur. Pulu ödənilirsə, heyvan burada 3 ay da qala bilər. 

Hoteldə xidmət haqqı baha deyil. Pişiklərə günülük xidmət 15, itlərə isə 25 manatdan başlayır. Qiymətə gündəlik yemək də daxildir. Pişiklərə səhər yeməyi düyü, yer kökü və file qarışıq kaşadan ibarətdir. Günorta isə file, axşama quru yeməklər verilir. 

фото

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar