Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hepatit virusunun yayılma təhlükəsi varmı?


Ümumdünya Səhiyyə Təşkilatı son illər hepatit virusunun yayılması ilə bağlı narahatçılığını bildirib. Təşkilatın bir müddət əvvəl yaydığı müraciətdə diqqət xərçəng və ürək-damar xəstəlikləri ilə yanaşı hepatit virusuna yoluxan, eləcə də bu virusdan ölənlərin sayına yönəldilmişdi


Təxmini hesablamalara görə, hər il dünyada təkcə Hepatit B virusundan 2 milyondan çox insan ölür. 1,4 milyon insanın hepatit A, 2 milyard hepatit B, 150 milyon isə hepatit C virusuna xroniki yoluxduğu təxmin edilir. 

Hepatitə yoluxanların 2/3 hissəsi Şərqi Avropa və Asiya ölkələrində yaşayır. İran, Türkiyə, Ukrayna, Çin, İtaliya və bir neçə Avropa ölkəsində hepatitə yoluxmalar getdikcə artır. Yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər serrozundan ölüm hallarının sayı 60 faiz, qaraciyər xərçəngindən 68 faiz artacaq. Qaraciyər mənşəli digər xəstəliklərdən də ölüm hallarının artacağı proqnozlaşdırılır.

Azərbaycanın adı ÜST-in hepatitin yayıldığı ölkələr siyahısında yer almır. Buna baxmayaraq ölkəmizdə hepatitə yoluxanlar var. Yenə də təxmini rəqəmlərə inansaq, Azərbaycanda 18-60 yaşlı əhalinin təxminən 2 faizi hepatit B, 3 faizi hepatit C virusuna yoluxub. Bu göstərici isə inkişaf etmiş ölkələrin nəticəsindən dəfələrlə aşağıdır.

Səhiyyə Nazirliyi hepatitə yoluxmuş insanların müəyyənləşdirilməsi və müalicəsinin təşkili məqsədilə 2014-cü ilin iyununda “Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiya" yaradıb.

Komissiyanın sədri, Milli Onkologiya Mərkəzinin direktor müavini, professor Murad Məmmədov virtualaz.org-a bildirib ki, ötən ayın sonunadək komissiyaya 8503 nəfər müraciət edib. Aparılmış hərtərəfli müayinələrdən sonra 1020 nəfərin sağlam daşıyıcılır olduğu təsdiqlənib. “5637 nəfər müalicəyə cəlb olunub. Hazırda 1058 nəfər müalicəsini davam etdirir”, - komissiya sədri əlavə edib.

Müraciət edənlərin 74,7 faizi hepatit C, 25,3 faizi hepatit B virusuna yoluxanlardır. M.Məmmədov deyir ki, komissiyaya üz tutanların hamısı dövlət hesabına müayinə olunurlar, baxmayaraq ki, hepatitlərin hərtərəfli müayinəsi bahalı müayinələr siyahısındadır.

Hepatitli xəstə kimi qeydiyyatdan keçənlər pulsuz dərmanla təmin edilirlər, dərmanlar keyfiyyətinə görə ÜST-in göstəricilərinə uyğundur. “Xəstənin dərmana ehtiyacı olub-olmadığına mütəxəssislərdən ibarət komissiya qərar verir. Pulsuz dərman ilk növbədə təcili dərmana ehtiyacı olan xəstələrə verilir”,- Məmmədov qeyd edib.

Xəstələrə daha çox “interferon” tərkibli dərmanlar verilir. Hansı ki, hepatitin müalicəsində ən effektli dərmanlardan hesab olunur.

Azərbaycanda hepatit C-yə nisbətən hepatit B-yə yoluxanların az olması peyvəndlə bağlıdır. Belə ki, hepatit B virusuna qarşı peyvənd vurulur.

Ölkəmizdə iki dövlət xəstəxanasında - 1 saylı Tibbi Klinik Xəstəxanada və AİDS-lə Mübarizə Mərkəzində hepatitin analizləri aparılır. Yaxın gələcəkdə digər dövlət xəstəxanalarında da bu analizlərin aparılması üçün avadanlıqlar alınacaq.

Komissiya mütəxəssis hazırlığına da böyük önəm verir. Çünki qeyri-ixtisas həkimlərinin hepatitli xəstələri müalicə etməsi əksinə, xəstəliyin ağırlaşmasına səbəb ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar