AFFA tərəfindən oyun alqı-satqısında şübhəli bilinərək I Diviziondan kənarlaşdırılan "Şərurspor" fəaliyyətini dayandırıb
Bu haqda məlumatı bombardir.az-a açıqlamasında Naxçıvan təmsilçisinin baş məşqçisi Əfqan Talıbov verib:
"Futbol idman növünün şahıdır. Bu səbəbdən onun ətrafında müxtəlif oyunlar oynanılır. Buna görə də, komandamızı I Diviziondan uzaqlaşdırdılar. "Şərurspor" rəsmən fəaliyyətini dayandırdı. Mən də komandadan ayrılmışam".
pia.az