Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda formalaşan yeni hökumətdən əsas gözləntilər nə olmalıdır?

Sabiq nazir: “Mənim yeni hökumətdən gözləntilərim kifayət qədərdir”


Novruz Məmmədovun rəhbərliyi altında hökumət prezidentin birlavasitə təşəbbüsü və müəllifliyi ilə aparılan islahatlara yeni bir hava, yeni bir nəfəs gətirəcək”.

Bu sözləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri, professor Fikrət Yusifov yeni hökumətdən əsas gözləntiləri PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. 28-ci hökumətdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu RəhimovQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 29-cu hökumətdə də eyni vəzifələrə təyin ediliblər. Ötən hökumətin ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov və baş nazirin müavinləri Elçin Əfəndiyev, İsmət Abbasov və Abid Şərifov yeni hökumətdə təmsil olunmayıblar.

Azərbaycanın 29-cu hökümətində yeni şəxslər – kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, təhsil naziri Ceyhun Bayramov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və yeni yaradılmış Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev olub.

Baş nazirin daha bir müavini vəzifəsinə Bakının keçmiş meri Hacıbala Abutalıbov təyin olunub. Nazirlər Kabinetinin tərkibində yeni yaradılmış Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə isə yeni təyinat olmayıb.

Yeni hökumətdən əsas gözləntilər nə olmalıdır və Novruz Məmmədovun kabineti Artur Rəsizadənin kabinetindın nəylə fərqlənir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun fikirlərini öyrənib.



Fikrət Yusifov: “Yeni tərkibin indiki göstəriciləri daha da yaxşılaşdırılması yolunda yaxşı fəaliyyət göstərəcəyi hər birimizin gözlədiyi məqamdır”.


Sabiq maliyyə naziri PİA.AZ-a açıqlamasında hökumətin yeni komandasının iqtisadi inkişafa öz tövhələrin verəcəklərinə və Azərbaycan bir neçə il bundan öncəki iqtisadiyyat surətini yenidən bərpa edib, o səviyyədə nəticələr əldə edə biləcəyinə inandığını qeyd edib:

Prezident and içəndən sonra Nazirlə Kabineti buraxılmışdı. Nazirlər Kabinetinin yenidən formalaşması hər kəsin gözlədiyi bir proses idi və bu baş verdi. Rəsmi olaraq bir neçə gün ərzində Nazirlə Kabineti tam tərkibdə formalaşdı. Düşünürəm ki, Novruz Məmmədovun da baş nazir təyin olunması doğru seçimdir. İlk növbədə bu baxımdan düzgün seçimdir ki, Novruz Məmmədovun cəmiyyətdə deputasiyası çox yaxşıdır. Həm də zamanla mən onunla bir yerdə çalışdığıma görə yaxından tanıyıram və buna görə Novruz Məmmədovu daha yaxşı xarakterizə edə bilirəm. Novruz Məmmədov yaxşı təşkilatçı, çox təvazökar və eyni zamanda yüksək intellekt sahibi olan birisidir. Hesab edirəm ki, Novruz Məmmədovun rəhbərliyi altında hökumət prezidentin birlavasitə təşəbbüsü və müəllifliyi ilə aparılan islahatlara yeni bir hava, yeni bir nəfəs gətirəcək. 

Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, hökumətdə təmsil olunan yeni kadrların içərisində gənclər üstünlük təşkil edir. Bu da müsbət haldır və daha çox gözlənilən məqamlardan biri idi ki, baş verdi. Hesab edirəm ki, Prezident and içmə mərasimində bəyan etdiyi strateji xətt, yəni qarşıdakı illərdə Azərbaycanda islahatların daha da dərinləşdiriləcəyi və daha ciddi islahatların aparılacağı görünməkdədir. Bu nöqteyi nəzərdən də belə bir komandanın yaranması daha doğru bir addımdır və daha doğru bir seçimdir. 

Fikrət Yusifov: “Belə bir komandanın yaranması daha doğru bir addımdır və daha doğru bir seçimdir”.


Mənim yeni hökumətdən gözləntilərim kifayət qədərdir. Bildiyimiz kimi neft dövrü bitəndən sonra, yəni 2015-ci ilin sonunda ölkə başçısı tərəfindən Azərbaycanda post-neft dövrü elan edildi. Ötən dövr ərzində qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərin daha da surətlə aparılması, əldə olunan nəticələrin daha da yaxşılaşdırılması baxımından yeni komandanın bu tərkibdə formalaşması çox müsbət bir haldır. Son iki ildən bir qədər çox vaxt ərzində qeyri-neft sektorunda başlanan islahatlar, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar özünün ilkin nəticələrini göstərir. 

Baxmaraq ki, 2016-cı il böhranlı il oldu, 2017-ci ildə bu böhranın nəticələri praktik olaraq aradan qaldırıldı və ölkə iqtisadiyyatında praktik olaraq 2016-cı ildə iqtisadiyyatda yol verilmiş itkiləri bərpa edə bildik. 2018-ci il də Azərbaycanda islahatlar ili oldu. 2018-ci ilin birinci rübünün nəticələri bunu deməyə əsas verir ki, qeyri-neft sənayesi 10 faiz, qeyri-neft sektorunda ixrac 37 faiz, kənd təsərrüfatında 4.2 faiz artım əldə olunub. Həmçinin digər sahələrdə də inkişafı özündə əks etdirən göstəricilər əldə olunub. Bu baxımdan yeni tərkibin bu göstəriciləri daha da yaxşılaşdırılması yolunda yaxşı fəaliyyət göstərəcəyi hər birimizin gözlədiyi məqamdır. Yəni hər birimiz gözləyirik ki, onlar yeni komanda kimi bu işlərə, bu iqtisadi inkişafa öz tövhələrin verəcəklər və Azərbaycan bir neçə il bundan öncəki iqtisadiyyat surətini yenidən bərpa edib, o səviyyədə nəticələr əldə edə biləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar