Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var?


Azərbaycanda evdə təhsil alan əlil uşaqların sayı açıqlanıb


Unikal qəzetinin rəsmi sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, 2017-2018-ci tədris illərində 10010 nəfər Sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub. Bunlardan 6401-evdə təhsilə, 3609 xüsusi təhsilə cəlb edilib.

Nazirlikdən həmçinin vurğulanıb ki, Sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunub. Dövlət Proqramının icrası ilə bağlı 2018-ci il üçün Tədbirlər Planı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmişdir. Bununla yanaşı Dövlət Proqramının icrası ilə bağlı məsələlərin, hazırlanan sənəd layihələrinin, aparılan araşdırma və tədqiqatların nəticələrinin müzakirəsinin təşkili və müvafiq təkliflərin hazırlanması üçün nazirliyin müvafiq əmri ilə İşçi Qrupu yaradılıb.

Dövlət Proqramının məqsədi bütün təhsil pillələri üzrə əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasını və bunun üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdən ibarətdir.Dövlət Proqramı çərçivəsində aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

• bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasının təmin edilməsi məqsədilə mövcud qanunvericiliyin təkmilləşdirilməsi;

• təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;

• sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi;

• inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;

• sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə təbliğat və ictimai maarifləndirmə işinin aparılması.

Ümumilikdə görülmüş işlər və nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcəkdir. (cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar