Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ərzaq məhsulları bahalaşıb


2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz, ərzaq məhsullarının qiymətləri 18,2 faiz bahalaşıb


PİA.AZ-ın Dövlət Statistika Komitəsinin saytına istinadən məlumatına görə, o cümlədən qeyri-ərzaq mallarının qiymətlərində 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 9,6 faiz bahalaşma olub.
 
Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2 faiz bahalaşıb.
 
Ay ərzində mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, kərə və zeytun yağlarının, albalının, gilasın, əriyin, qarpızın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, göy lobyanın, çuğundurun, sarımsağın, qəhvə və çayın qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq əti və yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, almanın, armudun, alçanın, şaftalının, üzümün, badımcanın, bibərin, yerkökünün, kartofun, soğanın, şəkər və şəkər tozunun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Avqust ayında iyul ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, geyimin və telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Avqust ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmiri xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və taksi nəqliyyatı xidmətlərinin, ödənişli ali təhsil haqqının, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində bahalaşma, respublikadan kənara istirahət turlarının, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar