Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ən çox tələb olunan qan qrupları açıqlandı


Ötən il də donorların 7-8 faizində infeksiya aşkarlanıb


“Ölkəmizdə müsbət  I və II qrup qanlara daha çox ehtiyac var”.
 
Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Qan Bankının baş həkimi Hacıyeva Pərvanə deyib.
 
P.Hacıyevanın sözlərinə görə, məhz bu qan qruplarından olan xəstələr çoxluq təşkil edir: “Ancaq III və IV qrup donorlar az olduğu üçün bu qrupdan xəstələr də azdır.
 
Baş həkim bildirib ki,  hazırda Mərkəzi  Qan bankında kifayət qədər qan var: “2010-cu ildə 46 min donor  olmuşdusa, 2015-ci ildə bu rəqəm 75 min 184 nəfər təşkil edib. Bu da 61 faiz artım deməkdir”.
 
Qanın saxlanması məsələsinə aydınlıq gətirən P. Hacıyeva deyib ki, bütün dünyada olduğu kimi  Azərbaycanda da qan 42 günə kimi saxlanıla bilər: “Bunun üçün qan bankında xüsusi şərait yaradılıb. Qanlar müsbət 2 və müsbət 5 dərəcə temperaturlu soyuducuda saxlanılır. Qanın plazma hissəsi isə 24 aya qədər xüsusi dondurucularda saxlanılır”.
 
“Donorlardan qan götürülərkən qan 4 infeksiya üzrə yoxlanılır. Bu infeksiyalara Siflis, QİÇS, Hepatit C və Hepatit B aiddir”, - deyən Baş həkim əlavə edib ki, hər il olduğu kimi ötən il də donorların 7-8 %-də infeksiya aşkarlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar