Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda əlil uşaqların sayı azaldı


Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam reabilitasiya olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən cari ilin yanvar-mart aylarında təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam, 1118 nəfər hissəvi reabilitasiya olunub. 

Nazirlikdən verilən məlumata görə, ümumilikdə bu dövrdə tam reabilitasiya göstəricisi 3,2% olmaqla, hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib. Hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilən şəxslərin sayı ötən ilin ilk rübü ilə müqayisədə 1515 nəfər (44,4%) azalıb. 

Bu ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq bərpa-müalicə xidməti ilə təmin edilib, habelə bu təbəqədən olan şəxslərə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri bu il də uğurla davam etdirilir. Bu ilin birinci rübündə 28 nəfər əlilliyi olan şəxs Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Bu il ərzində ƏƏSMN tərəfindən 115 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 70 nəfər sağlamlıq imkanları məhdud uşaq, ümumilikdə 185 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək ki, bu da ötən illə müqayisədə 20 faizədək çoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar