Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır


Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır


Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, əfv sərəncamının verilməsi dövlət başçısının müstəsna səlahiyyətinə aiddir:

“Bununla yanaşı, əfvlə bağlı həm Əfv Məsələləri Komissiyasının üzvlərinə, həm də birbaşa Prezident Administrasiyasına müraciətlər mütəmadi daxil olur. Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir institut olduğundan, bu müraciətlər hər zaman araşdırılır, aidiyyəti üzrə dövlət qurumlarının rəy və tövsiyəsi nəzərə alınmaqla Komissiyanın müzakirəsinə çıxarılır. Komissiya vətəndaşlar tərəfindən daxil olan hər bir müraciəti diqqətlə araşdırdıqdan sonra əsasnaməsinə uyğun olaraq müvafiq qərarlar qəbul edir. Hazırda bu proses davam edir”.

Qeyd edək ki, sonuncu əfv sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il martın 16-da imzalanıb. Həmin sərəncam 423 nəfərə şamil edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar