Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dövlət qulluqçularının 28,8 faizini qadınlar təşkil edir

“...Dövlət quruculuğu məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi sahələrdən biridir. Bu məsələləri idarəetmənin müxtəlif sahələrini əhatə edən normativ hüquqi aktlarla tənzimləyən Azərbaycan Prezidenti son 5 il 5 ay ərzində dövlət quruculuğu məsələlərinə dair 420-dən artıq fərman və sərəncam imzalayıb”


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə AzərTAc-da yayılan məqaləsində belə deyilir.

Məqalədə qeyd olunur: “Bir mühüm məsələni nəzərə almaq lazımdır ki, dövlət qulluğu, bəzilərinin düşündüyü kimi, təkcə kreslo tutmaq, geniş səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyninə ağır yük düşür və bunu hər kəs gündəlik təcrübəsində görür və hiss edir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyildir. 2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir".

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

Qeyd olunur ki, ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyildir. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir: "Hazırda dövlət qulluğunda çalışanların bilik və bacarığı, peşəkarlığı imkan verir ki, respublikada dövlət qulluğunun təşkili yüksək səviyyədə həyata keçirilsin. Bununla yanaşı, dövlət qulluqçularının hazırlıq səviyyəsi daim diqqət mərkəzindədir. Ölkə iqtisadiyyatının inkişafında olduğu kimi, kadr məsələlərinin həllində də düşünülmüş proqramlar əsasında işlər davam etdirilir. Bir məsələni vurğulamaq lazımdır ki, dövlət qulluğunun təşkilində kadrların peşəkarlığı, səriştəliliyi həmişə vacib olub, bu gün də vacib məsələlərdən biri sayılır və bunun üçün ən müxtəlif vasitələrdən geniş istifadə olunur.

Respublikada fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyası, həmçinin müxtəlif nazirliklər üçün bilavasitə kadrlar hazırlayan sahə akademiyaları, eləcə də ali məktəblərin müvafiq fakültələri hər il Azərbaycanın kadr ehtiyatlarını zənginləşdirir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə son illərdə “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilən tələbə, magistr və doktorantura səviyyələrində təhsil alan gənc kadrların irəli çəkilməsinə ciddi əhəmiyyət verilir. Sevindirici haldır ki, dünyanın aparıcı universitetlərinə göndərilən şəxslərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub. Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması müasir biliklərə yiyələnmiş mütəxəssislərin, o cümlədən idarəçilik kadrlarının yetişdirilməsini zəruri edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar