Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda daha bir gizli kamera skandalı qapıda


Şeyxülislam QMİ rəhbərlərini gizli kameralarla izləyirmiş; kameraları idarə edən şəxs bir müddət əvvəl İsveçrəyə mühacirət edib və belə idda olunur ki, həmin şəxs özüylə həyata keçirdiyi gizli çəkilişlərin bütün bazasını aparıb…


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allah Şükür Paşazadənin QMİ - də axundların otaqlarında, Bakı İslam Universitetinin rektoru və müəəllimlərinin otaqlarında, müavini Hacı Salmanın otağında və Həccə sənəd toplama idarəsində gizli kameralar yerləşdirtdirib.

Qafqaz Müsəlmanları İdarəsində qarşılıqlı münasibətlər həddindən artıq gərgindir və şeyx tərəfindən gizli kameralarla izləndiklərindən xəbərdar olan QMİ işçiləri şeyxə qəzəb püskürürlər. Bu barədə PİA.AZ-a daxil olan anonim məlumatda bildirilir ki, şeyxin öz əməkdaşlarını dinləməsi bir ay əvvəl ortaya çıxıb və hazırda QMİ-də hər kəs düşünür ki, şeyxin əlində onlar barədə ciddi kompramatlar var.

Hətta QMİ-də düşünürlər ki, şeyx kompramatları başqa əllərə də düşüb. Çünki bir müddət əvvə həmin kameraları yerləşdirən şəxs İsveçrəyə mühacirət edib və hazırda həmin ölkədə yaşayır. Şeyx və izlənən insanlar isə haqqlı olaraq düşünürlər ki, həmin şəxs bütün bazanı internet vasitəsi ilə əvvəlcədən İsveçrədə yerləşdirib. O üzdən Şeyx özü də artıq ciddi narahat olmağa başlayıb. Çünki həmin şəxsin əlində olan kompramatlar vasitəsi ilə Azərbaycanın bütün dini elitası şantaj oluna bilər. Həmçinin şeyx barədə də mühaciredən şəxsin əlində ciddi kompramatları olduğu qeyd olunur. Həmin kompramatlar açıldığı zaman şeyxin bütün karyerası məhv ola bilər.

Qeyd edək ki, 2010-cu ildə ABU-nun keçmiş rektoru Elşad Abdullayev Azərbaycanı tərk etdikdən sonra Bakıda həyata keçirdiyi gizli çəkilişləri Avropadan internet resurslarda yerləşdirərək ciddi siyasi qalmaqal yaratmağa nail olmuşdu və onun yaydığı videoçarxdan sonra hakim partiyanın aparıcı nümayəndəsi Gülər Əhmədova deputatlıqdan məhrum edilərək həbs edilmişdi. İndi isə eyni vəziyyət Şeyxüslam Hacı Allah Şükür Paşazadənin ətrafında baş verə bilər.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar