Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda buğda tədarükü elan edildi


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2015-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib


PİA.AZ-ıın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman" MMC, “Karat-Holdinq”, “Karmen" MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə cari ilin iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün -750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla

buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla

yapışqanlığın keyfiyyəti (göstərici: 65-85)

VI. Şüşəvarilik - 3-cü sinif buğda üçün - 40-45% hüdudlarında

VII. İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad-yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün-yol verilmir

X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş lsaboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9.00-dan 18.00-dək):

“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06,

“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03,

Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi, tel: 012-342-90-03; 0-70-345-12-18,

“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 0115-3-23-21, 0-55-760-35-05; 0-50-382-35-84

“Karat-Holdinq” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi-23, tel.: 012-342-09-50, 0-50-223-18-97

“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şosesi-23, tel: 012-342-59-12.

“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 022-56-94-44; 012-418-45-38; 0-50-222-08-20

“N.Quliyev adına Bakı-Taxıl” ASC: Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel. 012-567-00-76; 566-21-72

“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03

“Neon” firması : Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel./faks: 022-57-57-22, 0-50-220-30-27

“EL” KM: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel: 012-346-08-08, 012-346-08-00

Əlavə məlumat almaq üçün 070-271-71-33 mobil, 012-512-50-25 iş nömrələrinə zəng etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar