Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu il büdcə kəsirinin 8,4%-ə yüksələcəyi gözlənilir


Fitch: Azərbaycanın dövlət maliyyəsi BB kateqoriyasında olan ölkələrlə müqayisədə olduqca yaxşıdır


"Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda büdcə kəsirinin ÜDM-in 8,4%-nə qədər yüksələcəyini ehtimal edir. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bank sektorunun maliyyələşməsinin həcminin isə ÜDM-in 12%-nə  çatacağı gözlənilir. 

"Report"un "Fitch"in hesabatına istinadən verdiyi xəbərə görə, cari ildə neft gəlirlərinin yüksəlməsi fonunda büdcənin mənfi saldosunun yaxşılaşacağı proqnozlaşdırılır. 
Agentlik hesab edir ki, Azərbaycanın dövlət maliyyəsi onunla eyni kateqoriyada olan "BB" reytinqli ölkələrlə müqayisədə daha güclüdür və 2016-cı ildə gözlənilmədən müsbət tərəfə yönəlib. Neft gəlirlərinin kəskin azalmasına baxmayaraq, Azərbaycanın konsolidə olunmuş büdcəsinin kəsiri ÜDM-in cəmi 1,2%-ni təşkil edib. 

Bu da "BB" kateqoriyasında olan ölkələrin orta göstəricisindən (3,3%) və "Fitch"in müvafiq proqnozundan (7,3%) xeyli aşağıdır. Bunun səbəbi isə hökumətin kapital xərclərini 41% azaltması amili ilə əlaqələndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar