Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasında kəsildi

"Ali Məhkəmənin hakimi Əhməd Əhmədova xüsusi təşəkkür düşür"


Azərbaycanda məhkəmə prosesində daha bir praktikanın əsası qoyulub. 

İlk dəfə Bakı Apellyasiya Məhkəməsi səhv diaqnoza görə klinikadan vətəndaşın xeyrinə müəyyən məbləğdə mənəvi zərər tutulmasına dair iddianı təmin edib və Suraxanı Məhkəməsinin qətnaməsini ləğv edib.

Bu barədə Axar.az-a hüquqşünas Aqil Layıc məlumat verib. Bildirib ki, bu məhkəmə prosesində sədr Rəfail Eyvazov və hakim Sənan Hacıyevin də xüsusi rolu olub:

“Artıq bu praktikanın da əsası qoyuldu. Ali Məhkəmənin qərarı ilə ləğv edilərək, geri qayıdan iddiaçı Habil Rüstəmovun işi üzrə Bakı Apellyasiya Məhkəməsi “Ömür” klinikasından vətəndaşın xeyrinə müəyyən məbləğdə mənəvi zərər tutulmasına dair iddianı təmin etdi.

Nəzərinizə çatdırım ki, Suraxanı Məhkəməsinin hakimi Elçin Ağayev iddiamızı rədd etmişdi və belə əsaslandırmışdı ki, sanki diaqnozu aparat səhv qoyub və aparat məsuliyyət daşımalı imiş”.

A.Layıc bildirib ki, bu işdə öz qətiyyətli mövqeyini ortaya qoyan və öncəki apellyasiya məhkəməsinin qanunsuz qətnaməsini ləğv edən Ali Məhkəmənin hakimi Əhməd Əhmədova xüsusi təşəkkür düşür. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar