Xəbər xətti

12 DEKABR

0:44 “Ərəb dünyasının ölüm bəyamnaməsi“ – Ərəb KİV-i yazır

0:33 Azərbaycan neftinin qiyməti qalxdı –1,32 dollar/barel

0:22 Paris anlaşması Rusiya iqtisadiyyatında ciddi itkilərə gətirib çıxaracaq

0:01 Bu gün bürcünüz nələr vəd edir?

0:00 Heydər Əliyevin vəfatından 14 il keçir

11 DEKABR

23:50 Binali Yıldırım “Tramp Ərdoğanı axtarmağa cəsarət edə bilməz“

23:40 “Bu gün Qüdsü öz torpağı hesab edənlər…” – Ərdoğandan sərt mesaj

23:33 "Türkiyə prezidenti ilə danışıqlarımız konstruktiv keçdi"

23:12 Bakıda zirzəmidən yanmış kişi meyiti tapılıb

22:40 Dünyada silah satışı son beş ildə ilk dəfə artıb –Bazarda ABŞ liderlik edir

22:33 Mixail Saakaşvili azadlığa buraxılıb

22:20 Polşa Qüdsü paytaxt kimi tanımayacaq

22:12 Andrey Koşkin :Rusiya silah sənayesi qlobal ardıcıllığı müəyyən edib

22:05 “British Airways“ şirkətinin təyyarəsi Bakıda məcburi eniş etdi

21:44 Əsəd Putinlə görüşdə belə pərt edildi – Video

21:38 Şəkidə yol qəzasında ağır xəsarət almış hərbçi xəstəxanada ölüb

21:33 Röya Ayxanın keçmiş biznes ortağı həbs olundu

21:25 2016-cı ildə 4 milyondan artıq azərbaycanlı xarici ölkələrə səfər edib

21:20 Rəşad Sadıqov U-21-ə baş məşqçi təyin edildi

21:05 Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdədir

20:50 Suriya və İraqda məğlub olan İŞİD hara üz tutur?

20:35 “WhatsApp” yeniliklərlə sevindirir

20:30 Məhəmməd Əmin Rəsulzadənin məktubları ilk dəfə nəşr olunub

20:23 İranda 6 bal gücündə zəlzələ olub

20:17 Avropa İttifaqı rəsmi olaraq müdafiə əməkdaşlığını başladıb

20:12 Peskov Ərdoğan-Putin görüşünün detallarını açıqladı

19:55 “Qarabağ məsələsinin ədalətli həllinə laqeyd olmuşuq”

19:45 İran XİN: “Bəzi ərəb dövlətləri islam dünyasına xəyanət edib”

19:40 Dünyada ən az borcu olan ölkənin adı açıqlanıb

19:22 İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

19:17 “Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir“

19:05 “ABŞ-ın bu qərarı bölgədə kövrək olan durumu daha da pisləşdirəcək”

18:50 İnsanı görünməz edən örtük ixtira olunub

18:44 Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb

18:39 Narkotik də tapıldı, oğurlanan qızıllar da

18:35 Pirallahıda su təchizatı sistemlərinin yenidən qurulmasına 5,83 milyon manat ayrılıb

18:27 Brüsseldə bir çox aviareys ləğv olundu: yollarda 900 kilometrlik tıxac yarandı

18:23 Türkiyədə dəhşətli qətl— Məşhur rejissorun başını əzərək öldürdülər

18:18 Evlənmək istəyənlərin 422-də sifilis, 103-də QİÇS tapıldı

18:12 Pərvin Tunaydan 200 min təzminat istədi

18:05 “Xəzər Dəniz Gəmiçiliyi” DSMF-yə borcunun olmasını inkar edir

17:56 İraqda tanınmış silahlı hərəkatlardan biri silahları dövlətə təhvil verir

17:51 Kriminal avtoriteti öldürən şəxsə hökm oxundu

17:46 Virtual valyutalar maliyyə böhranını sürətləndirəcək

17:42 Rəsulzadənin 50-yə yaxın məktubu kitab oldu

17:37 Taksilər sifariş gözləyərkən xüsusi duracaqlardan istifadə edə biləcək

17:33 Bu il Azərbaycana 2,5 milyona yaxın xarici vətəndaş gəlib

17:29 Builki pambıq yığımının həcmi 200 min tona çatıb

17:24 Bərdədə kişi meyiti tapılıb

17:18 İlqar Məmmədovdan şərt: “Məni azad edin, vəsatət verim”

17:13 Maliyyə naziri Samir Şərifov çıxılmaz durumda

17:08 Əsəd Putinə təşəkkür etdi

17:04 Hulusi Kılıç: “Azərbaycanın üçrəngli bayrağı hər zaman ürəyimin üstündədir”

17:01 Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır?

16:56 Qurban Qurbanovun debüt oyunundakı rəqibi müəyyənləşdi

16:52 Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

16:47 “Xəzər Dəniz Gəmiçiliyi” və “Azəriqaz” məhkəməyə verildi

16:44 Evlənmək istəyən 11 nəfərdə QİÇS tapıldı

16:38 Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı

16:30 Netanyahu Qüdslə bağlı avropalılara səslənib

16:26 Qaradağda gənc rəssamla görüş olub

16:19 Yaxın Şərqdə Rusiya-Türkiyə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf edə bilər?

16:17 Musiqili Teatrda “Qoğalın Yeni İl macərası”

16:12 Brüsseldə uçuşlar təxirə salındı

16:08 Ərdoğan: “Qüdsdə hər daşın ayrı hekayəsi var”

16:04 Dünyanın ən iri üzən böyük günəş stansiyası istifadəyə veriləcək

16:00 Yeddi qurumun DSMF-yə borcu artıb

15:56 Bakıdakı parkomatlardan pulları bələdiyyələr toplayacaq

15:53 Azərbaycanlı rəssam vəfat etdi

15:48 Kompüter oyunları beyinə xeyirdir

15:45 Rəşad Sadıqov baş məşqçi təyin edildi

15:41 Bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq

15:36 Leyla Əliyeva Tbilisidə keçirilən “Canlı həyat” sərgisinin açılışında

15:31 Kılıçdaroğlu daxili işlər nazirini məhkəməyə verdi

15:27 Bakıya 350 yeni avtobus gətiriləcək

15:23 Fədayə Laçınla bağlı məhkəməyə müraciət ediləcək

15:19 Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

15:15 Ramil Usubovdan yeni təyinat

15:11 Türkiyənin məşhur mükafatı Röyanın oldu

15:08 “Moldovada Xocalı soyqırımı qurbanlarına abidə qoyulacaq”

15:06 Saakaşvili: “Hərbi əsirəm”

15:02 Nazir: “Tarixi əşyalara yeni baxış formalaşmalıdır”

14:58 Qızcığaz

14:55 Məşhur türk rejissor aktyor tərəfindən öldürüldü

14:51 OPEC+ anlaşması iyunda dayandırıla bilər

14:47 “Əl-Cəzirə” qəzeti ümummilli lider Heydər Əliyevdən yazıb

14:42 Yaddaşsızlığın səbəbi nədir?

14:36 Sabahın hava proqnozu

14:31 Əkrəm Həsənov: “Palata banklara xəbərdarlıq etməlidir”

14:27 Sabah Bakıda bu yollar bağlı olacaq

14:22 Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?

14:17 Vladimir Putin Suriyaya səfər edib

14:13 İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

14:10 Qiyməti təsdiqlənmiş dərmanların siyahısı yayılıb

14:06 Tehrandan Ər-Riyada barış şərti

13:59 NATO: “Rusiya Bakı və İrəvana bilərəkdən ziddiyyətli siyasi mesajlar göndərir”

13:55 Yalçın Topçu: “Türkiyə bu məsələdə Azərbaycanın yanındadır”

13:51 ABŞ-ın “Böyük Mərkəzi Asiya” layihəsi - Təhlil

13:45 Nazirin ixtisaslı kadr bəhanəsi: İş var, işçi yox

13:26 Erməni deputat Qarabağda qəzaya düşdü

13:22 Xoşqədəm ölən qardaşı qızından yazdı

13:19 Misirdə 3500 illik mumiya aşkar edilib

13:15 Saakaşvili məhkəməyə gətirilib

13:12 Məşhur futbolçular oyundan sonra dalaşdılar

13:07 Əli Həsənovun nəvəsi barədə qərar verilir

13:03 ABŞ terrorçu PKK-nın Suriyadakı qoluna yarım milyard dollar ayırıb

12:59 Ağır atletika üzrə yığmanın baş məşqçisi istefa verdi

12:56 Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

12:51 Prezident İlham Əliyev: “Rusiya ilə parlamentlərarası əməkdaşlıq genişləndirilməlidir”

12:47 Jirinovskidən Trampın Qüds qərarına reaksiya

12:44 Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

12:42 Qüds məsələsinə görə Azərbaycan-İsrail münasibətlərində gərginlik gözlənilirmi?

12:39 Nəsimidə “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib

12:36 İran növbəti tələbə hərəkatına hamilədir

12:32 Kazuo İşuquro diplom və medal aldı

12:27 Hacı Məmmədovun bacısı: “Nəyinizə lazımdır Hacının qəbri?”

12:24 Elnur Əliyev “Qoruq siyasəti” ilə özünü kimdən qoruyur?

12:18 Bizim qızlar da 16 yaşında hamilə qalsaydı

12:15 Ramil Səfərov polkovnik-leytenant oldu

12:11 Bu il 13 bank filialı bağlanıb



ANALİZ

...

Azərbaycanda bu 10 sözə inanmayın

Tarix 30.11.17, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Vüsal Məmmədov yazır


Yalanın belə bir qəribə növü var: Tərəflərdən biri onu deyir, digəri eşidir və ürəyindən “Yalançının lap elə...” fikrini keçirir, amma bu zaman sifətinə çox mədəni bir ifadə verib, hətta gülümsəyib, başını şaquli istiqamətdə tərpədərək, “Bəli, bəli, çox gözəl” söyləyir. 

Qəribə bir dövrə alınır: Sən bilirsən ki, mən sənin yalan danışdığını bilirəm; Mən bilirəm ki, sən mənim sənin yalan danışdığını bildiyimi bilirsən; amma ikimiz də özümüzü elə aparırıq ki, sanki dünyanın ən səmimi insanlarıyıq.

Bəzi yalanlar var ki, onlara artıq “yalan” demək də düzgün deyil, çünki hamı onların həqiqət olmadığını bilir, sadəcə, özünü o yerə qoymur. Danışan adamın özü də başa düşür ki, siz, böyük ehtimalla, onun dediyinə inanmayacaqsınız. Bular artıq şablonlaşmış, növbətçi yalanlardırlar. Azərbaycanda həmin gündəlik istehlak yalanlarının “Top-10”luğu təxminən bu şəkildədir:

1) “Yaxşı başı var, amma oxumur”

Uğursuzluğa haqq qazandırmağın ən uğursuz yoludur. “Yaxşı baş” nəyə deyirsiniz? Onun beynindəki akson və dendritlər başqalarından fərqlidir, daha keyfiyyətli materialdan düzəldilib? Sinapsları elektrik impulslarını daha yaxşı ötürürlər? Yoxsa papağı başına daha yaxşı oturur? Nə deməkdir “yaxşı baş”?! Bəzi istisnaları çıxmaqla, bütün insanların başı təxminən eynidir, fərqləri isə nə qədər vicdanla çalışmalarında, çəkdikləri zəhmətdədir. Təbiət hamımıza təxminən eyni sayda və eyni keyfiyyətdə neyronlar verib, sadəcə, hərəmiz onlardan bir cür istifadə edirik.

2) “Mənim də əslim oradandır”

İnsanın öz dədə-baba torpağını sevməyində pis heç nə yoxdur. Amma sırf əslin filan yerdən olduğu üçün hansısa dividend qazanmağa cəhd etmək, yumşaq desəm, cılızlıqdır. İnsana dəyər əslinin haradan olduğuna görə yox, şəxsi və peşəkar keyfiyyətlərinə görə verilməlidir.
Və hələ bütün bunlar o hal üçün nəzərdə tutulub ki, həmin sözü deyən şəxsin əsli həqiqətən “oradan” olsun. Faciə ondadır ki, çox vaxt insanlar əsillərinin haradan olması haqqında yalanlar uyduraraq, bununla öz dəyərlərini qaldırmağa çalışırlar. Halbuki, heç bir bölgə insana yalnızca “əsli oradan olduğu” üçün öyünməyə əsas vermir. İnsan yalnız o halda öyünə bilər ki, uğurları ilə bölgəsinin adını ucaltmış olsun.

3) “Babalarım bəy nəslindəndir”

Vaxtilə Qərbin kübar dairələrində məşhur bir məsəl varmış: Əgər bir qadın ətrafdakı kişilərə “...Axı, burada xanım var!”,- deyə irad tutursa, deməli, orada xanım yoxdur.
Söhbət ondan gedir ki, əsl xanımın varlığını xatırlatmağa ehtiyac qalmazdı, bunun özü avtomatik hiss olunardı. Eyni fikir əsilzadələr üçün də keçərlidir: Həqiqi bir əsilzadənin öz babalarının kim olduğunu xatırlatmasına heç bir ehtiyac qalmamalıdır. Adətən belə insanların davranışında, hərəkətlərində, danışığında elə bir kübarlıq, nəciblik, ağayanalıq olur ki, sən özün hər şeyi sözsüz də hiss edirsən.
Di gəl, adətən elə adamlar babalarının bəy, xan nəslindən olduğunu iddia edirlər ki, sən dərhal başa düşürsən: Bəli, onun babası həqiqətən də bəy olub – amma bir dəfə, o da öz toyunda; qalan vaxtlarda isə mal-heyvan qaçırırmış.

4) “Nömrəniz kampaniyaya düşüb”

Yəni gör, sən necə də bəxtəvər adamsan! Oturduğun yerdə başına şahlıq quşu qonub, indi qalır onu yemləmək. Yemləməsən, axmaq olarsan. Amma biz axmaq deyilik axı, biz olduqca ağıllı insanlarıq! Ona görə də, böyük ehtimalla, oturduğumuz yerdə başımıza qonan o Şahlıq Quşunu yemləyəcəyik. Yemin də ki, aydın məsələdir, xərci var. Beləliklə, adamlar həm öz mallarını və ya xidmətlərini bizə satacaqlar, həm də buna görə minnət qoyurlar! Əla düşünülüb.

5) “Demokratiya uğrunda mübarizə aparırıq”

Əgər “demokratiya” deyilən şeyin rəngi yaşıldırsa, təzəsindən mətbəə qoxusu gəlirsə, onda bəli, düz deyirlər. Son 25 ildə bu sözü deyərək, ortaya atılanlar ya həmin o “demokratiya”dan yığıb, kənara çəkildilər, ya da sığınacaq alaraq, xaricə koçdülər. Demokratiya uğrunda mübarizədən pul qazanmaq qəribə bir paradoks yaradır: Əgər adamın pulu “demokratiya uğrunda mübarizə”dən çıxırsa, deməli, o, ölkədə demokratiyanın yaranmasında maraqlı ola bilməz. Əksinə, həmişə istəyəcək ki, ölkədə demokratiya mümkün qədər olmasın. Qışda qar uğrunda mübarizə aparmağa görə heç kimə pul verməzlər axı. Ona görə də, “demokratiya uğrunda mübarizə aparırıq” iddiasını əslində belə başa düşmək lazımdır: “Ölkənin antidemokratik obrazını yaratmaq üçün çalışırıq”.

6) “Baqatı görsənir”

Bu ifadə ləğv edilsə, ölkənin geyim biznesində ağr bir böhran başlayar. Onu tapan adama “dünyanın ən dahi marketoloqu” medalı ana südü kimi halaldır. Çünki bizim xalqın damarını bu qədər dəqiqliklə tutan ikinci bir formul hələ kəşf olunmayıb. 
Biz – aldığı maaşın bir neçə misli qiymətində telefon işlədən insanlarıq; bizim üçün dünyada ən vacib olan şey budur: “Baqatı görsənmək”. Əslində olduğundan daha zəngin görünmək azərbaycanlı üçün dindir, imandır, ideologiyadır... Ona görə də, dünya marketoloqlarına səslənirəm: Baxın, öyrənin ki, işləyən formul necə olur!

7) “Xanım işlədib”

İkinci əl telefon və noutbuk satanların ən çox sevdiyi yalanlardan biridir. Guya, cihazı xanım işlədibsə, daha səliqəli, həssas davranıb. Əslində isə bəylər elektron cihazları ilə xanımlara nisbətən qat-qat incə rəftar edirlər. Çünki kişilərdə uşaqlıqdan cihaz, aparat, mexanizm sevgisi olur. Ən son model telefon ilə öyünən xanımları nadir hallarda görə bilərsiniz, kişilər üçün isə ən yeni aldığı texnika ilə qürurlanmaq adi haldır. O da adi haldır ki, öyündüyün şeyi daha çox qorumaq, qayğısına qalmaq istəyəcəksən. Bu sadə səbəbdən də, siz heç vaxt bir kişinin smartfonunun ekranında, yaxud noutbukunun klaviaturasında dırnaq boyasının ləkəsini, yaxud, maqqaş cızığını görə bilməzsiniz.

8) "5 dəqiqəyə çatıram"

Buradakı 5 rəqəminin konkretliyi sizi aldatmasın, o, sadəcə, bir dəqiqlik illüziyasıdır. Əslində bu sözlərin mənası odur ki, “Hazırda yoldayam, nə zaman çatacağımı isə dəqiq bilmirəm”. Müşahidələrə görə, adətən 15 dəqiqə-1 saat zaman intervalını ifadə etmək üçün işlədilir. Buna əmin olmaq çox asandır: “5 dəqiqəyə çatıram” deyən adama düz 5 dəqiqədən sonra zəng vurun və o, yenə belə deyəcək: “5 dəqiqəyə çatıram”. 20, 35, 50 – fərqi yoxdur, azərbaycanlı əgər gecikirsə, bunların hamısı “5 dəqiqə” sayılır. 

9) “Əgər olsa, qurbandır”

Bizim xalq tarixən borc verməyən adamlara pis baxıb. Atalarımızın “İstəyənin bir üzü qara, verməyənin iki” məsəli onu göstərir ki, vermək lazımdır; əgər verməsən, istəyən olur məsum möhtac, sən isə xəsis və simic. 
Amma təəssüf ki, genişürəkli atalarımız borcu qaytarmaq haqqında heç bir müdrik fikir ərz etməyiblər. Ruslar “Долг платежом красен" (Borc qaytarılanda gözəldir) kimi praqmatik məsəllər fikirləşəndə bizimkilər “Borclu borclunun sağlığını istər” deyib, dalınca da əlavə ediblər ki, “Əşşşi, təki sağlıq olsun”. Üstündən bir neçə əsr keçib, atalarımız görüblər ki, yox, bu cür alınmır, oturub zərblə yeni bir məsəli ratifikasiya ediblər: “Verib, pis olunca, vermə, pis ol”. Hazırda bu sonuncu variant bəzi xırda redaktələrlə hələ də qüvvədədir. 

10) “O, mənim gəlinim deyil ha, qızımdır”

“Qayınana” sözünün mənası haqqında heç düşünmüsünüzmü? Niyə məhz qayının anası? Çünki 100 haldan 99-da qohumluğun daha yaxın yollarının hamısı bağlanır. Bir müddətdən sonra gəlin o zəhmli və deyingən qadını artıq ərinin də yox, ən yaxşı halda, qaynının anası kimi təsəvvür və təqdim edir. Burada heç kimdə günah axtarmaq lazım deyil: Evin ancaq bir xanımı ola billər, dünənə qədər həmin missiyanı yerinə yetirən ana isə əsla öz rolunu xoşluqla gəlinə təhvil vermək istəməyəcək. Ona görə də, nə qədər ki, “gəlin” sözü “gedin”lə əvəzlənməyib, problem həmişə qalacaq. Amma bu izahat işin incəliklərini bilən ariflər üçündür; yerdə qalanlar, xüsusilə də qohum-qonşu üçün isə:
- Oyyy, siz nə danışırsınız, o, mənim gəlinim deyil ki, qızımdır, qızım... Vallah, Səbişdən ayırmıram. Düz demirəm, Lətiş?!
- Hə, mama, əlbəttə! (azvision.az)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-yə borcunun olmasını inkar edir

bitmap-img3

Rakurs

Leriki kimlər və necə idarə edir? - Şok siyahı

bitmap-img3

Seçmələr

Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək vergilər naziri təyin olunub

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru