Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda borc vermək qaydası dəyişir


Azərbaycanda vətəndaşlar, eləcə də hüquqi və fiziki şəxslər arasındakı iqtisadi münasibətlərlə bağlı mühüm dəyişiklik baş verib


Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, borc verilməsi qaydaları dəyişdirilib.

Məcəllənin 740-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra vətəndaşlar bir-birinə 3 min manatdan artıq borc verildiyi zaman bu hal hökmən müqavilə ilə təsdiqlənməli – yəni borc müqaviləsi bağlanmalıdır. Tərəflərdən biri hüquqi şəxs olduqda isə borcun məbləğindən asılı olmayaraq bütün borc münasibətləri rəsmiləşdirilməlidir. Bu maddənin əvvəlki məzmununda borcun məbləğindən asılı olmayaraq, şifahi müqaviləyə yol verilirdi (yazılı müqavilə bağlanmadan).

Mülki Məcəlləyə dəyişiklik belədir:

"2. 740-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”.

Əvvəlki variant belə idi:

"Maddə 740. Borc müqaviləsinin forması

Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər".

Hüquqşünas Asif Abdullayev Mülki Məcəlləyə dəyişiklikləri şərh edib:

«Hesab edirəm ki, borc verilən məbləğdən asılı olmayarq, borc müqaviləsinin notarial qaydada təsdiq etməklə yazılı formada bağlanılması daha məqsədəuyğundur. Belə olan halda, borc götürən şəxs borc verdiyini sübut etməkdən azad olacaq. Borc qaytarılmadığı halda, məhkəməyə sübut kimi borc müqaviləsini təqdim etmək kifayət edəcək.

Şifahi qaydada verdiyiniz borc pulu gələcəkdə məhkəmə qaydasında tələb edəcəyiniz halda, borcun həqiqətən və hansı məbləğdə verildiyini sübut etməlisiniz. Müqavilə olmadığı halda, məhkəmədə borcun verildiyini sübut etmək çətinlik yaradır. Belə ki, mövcud qanunvericiliyə əsasən, məhkəmədə borcun verilməsini sübut etmək öhdəliyi borc verən şəxsin üzərinə düşür. Şifahi qaydada verilmiş borcun sübut edilməsi isə müəyyən çətinliklər yaradır (məhkəməyə şahidlər cəlb etmək, digər sübutlarla borcun verildiyini sübut etmək).

Gələcəkdə borcun geri qaytarılmasını asanlaşdırmaq baxımından, verilən borc məbləğindən asılı olmayaraq, borc müqaviləsinin yazılı şəkildə notariusda təsdiq etdirmək daha məqsədəuyğundur.

Mülki məcəlləyə edilmiş digər dəyişikliyə əsasən, məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır». (fins.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar