"Son 5 ildə Azərbaycanda bir müəllimə düşən şagirdlərin sayı 8,5-dən 10,5-ə yüksəlib. Bu, o deməkdir ki, müəllim-şagird nisbəti 25 faiz dəyişib. Bu dəyişikliyin bir səbəbi də diaqnostik qiymətləndirmədir"
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O qeyd edib ki, diaqnostik qiymətləndirmədən sonra müəllimlərin bəziləri öz ərizələri ilə işdən azad ediliblər: "Orta məktəblərdə 17 fənn tədris olunur. Şagird sayı az olan məktəblərdə də müəllim - şagird nisbəti istər - istəməz aşağı olur".(APA)
pia.az