Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bir ildə 5000 ton bal yeyildi


“2017-ci ildə Azərbaycanda 3000 ton bal istehsal edilib”


Bunu “Trend”ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Assosiasiya sədri qeyd edib ki, ötən il ölkədə 5000 ton bal istehlak olunub: “Hazırda daxili istehsal Azərbaycanda bala olan tələbatın 60 faizini təmin edir. Qalan həcmi xaricdən idxal edirik”.

B.Həsrətovun sözlərinə görə, hazırda ölkədə 300 min arı ailəsi var.

O bildirib ki, 2017-ci ildə Azərbaycanda arı ailəsinin sayı 2016-cı illə müqayisədə 50 min artıb: “Biz ötən ili 250 min arı ailəsi ilə başlamışdıq. Qış mövsümündən sonra 80 minə yaxın ailə itirdik, amma il ərzində həmin sayı bərpa etdik və arı ailələrinin sayını artırdıq. Ölkənin potensialını nəzərə alaraq, biz arı ailələrinin sayını 700 minə çatdırmağı planlaşdırırıq. Bu, bizə bal idxalından asılılığı tamamilə aradan qaldırmağa və ixrac coğrafiyasını artırmağa imkan verəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar