Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda banklarının xarici borclanması kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 3 mlrd. 651,5 mln. manat və ya 2,34 dəfə azalaraq 2017-ci ilin oktyabrın 1-nə 2 706,5 mln. manat təşkil edib


Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu ilin  avqust ayı ilə müqayisədə sentyabrda bankların xarici borclanması 3 mlrd. 721,8 mln. manat və ya 2,37 dəfə azalıb.

Ümumiyyətlə, 2016-cı ilin dekabrı ilə müqayisədə bu ilin sentyabrında bankların məcmu xarici öhdəliklərin həcmi 4 mlrd. 518,3 mln. manat və ya 2,7 dəfə azalıb.
 
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin oktyabrın 1-nə 5 268,2 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 397,3 mln. manat və ya 36,09% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin avqust ayı ilə müqayisədə sentyabrda  1 mlrd. 318,4 mln. manat və ya 33,37%-lik artım baş verib.
 
Qeyd edək ki, xalis xarici aktivlərdəki dəyişikliklər "Azərbaycan Beynəlxalq Bankı" ASC-də aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar