Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bahalı turizm bölgələri


Azərbaycanlıların xaricdə istirahəti dedikdə, ilk ağla gələn ölkə Gürcüstandır


Qonşu ölkə həm infrastrukturu, həm təbiəti, həm dənizi, həm də xidmət qiymətləri baxımından azərbaycanlılar üçün əlverişli və əlçatan sayılır.

 Amma manatın 2015-ci ildə iki dəfə devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunur.

“Gürcüstanda qiymətlər bahalaşıb”

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a bunun səbəblərini açıqlayıb. O bildirib ki, ilk növbədə buna səbəb ölkədaxili turizmin artan templə inkişaf etməsidir: “Digər tərəfdən, bizdəki qiymətlər sabit olaraq qalıb. Neftin ucuzlaşması və manatın devalvasiyasından sonra turizm sektorunda qiymət dəyişikliyi baş verməyib. Ən əsası isə Azərbaycan təhlükəsizlik məsələlərinə görə digər ölkələri üstələyir. Bu baxımdan, ölkəmiz daha stabil və daha sabitdir.  Hətta bura gələn qonaqlar da bu nüansı qeyd edirlər. Dördüncü amil əvvəlki illərlə müqayisədə Gürcüstanda xidmət qiymətlərinin bahalaşmasıdır”. 

“Ən bahalı xidmət sahələri İsmayıllı, Qəbələ, Şəkidədir”

M.Ağakərimov bildirib ki, hazırda həm Azərbaycana gələn turistlərin sayında, həm də daxili turizmin çəkisində artım var: “Mən bunu praktikaya, öz müşahidələrimə əsaslanaraq bildirirəm. Kabinetdə verilən rəqəmlər isə çox vaxt yanlış ola bilir. Statistika bir rəqəm açıqlayır, nazirlik başqa rəqəm. Ona görə də mən rəqəmlərə inanmıram. Mən bu yaxınlarda şimal-qərb zonasında - Şamaxı, İsmayıllı, Oğuz, QəbələŞəkidə oldum. Oradakı bütün hotellərlə maraqlandım, yeni açılan “Marxal” hotelində oldum. Ondan əvvəl isə Quba, Qusar, Xaçmaz zonasına səfər etdim. Həqiqətən də, turistlərin sayında artım var”.

O bildirib ki, xidmət qiymətlərinə görə ən ucuz məkanlar şimal-şərq (Quba, Qusar, Xaçmaz) zonasındadır. Sonrakı yeri cənub zonası - Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək qiymətlər şimal-qərbdə - Qəbələ, Şəkidədir. Bu da ərazidəki hotellərin çoxulduzlu və komfortlu olması ilə bağlıdır: “Turistlər arasında həm xaricilər, həm də yerlilər var. Xaricilər içərisində ərəblər, ruslar üstünlük təşkil edir. Hətta bu il Gürcüstandan Azərbaycana gələnlərin sayında artım müşahidə olunur. Rusiyadan gələn turistlərin sayı da ildən-ilə artır. Azərbaycandakı sabitlik və insanlarımızın qonaqpərvərliyi turistləri cəlb edir. Qonaqpərvərliyə görə dünyadakı beş-altı xalqdan biri bizik. Bu ənənə bizdə qədimdən qalıb ki, ən yaxşı yorğan-döşəyi, ən yaxşı yeməyi qonaqlar üçün saxlayırıq. Cəlbedicilik baxımından Azərbaycan mətbəxini xüsusi vurğulamaq istərdim”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar