Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ana böyrəyini oğluna bağışladı



Azərbaycanda ana açıq ürək əməliyyatı keçirmiş övladına öz böyrəyini bağışlayıb


Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazimi AzVision.az-a bildirib ki, hemodializ proqramında olan 2000-ci il təvəllüdlü xəstə 4 il ərzində qalıcı hemodializ kateter vasitəsilə dializ seansında iştirak edib. Lakin qalıcı kateterlərin istifadəsindən irəli gələn fəsadların biri də ürək boşluğunda travmaya bağlı trombun əmələ gəlməsi olub.

Şöbə müdirinin sözlərinə görə, xroniki böyrək çatışmazlığın ən uğurlu müalicə üsulu məhz böyrək transplantasiyasıdır, lakin bu xəstənin bir başa böyrək transplantasiyası üzrə əməliyyata salması onun həyatına təhlükə yaradırdı. Səbəb isə əməliyyat zamanı qalıcı kateterin çıxarılması zamanı xəstədə ağ ciyər arteriyasının tromboemboliyası və nəticədə ölüm təhlükəsi vardı:

“Həkimlərin qərarı əsasında, xəstə üzərində iki ağır əməliyyatın aparılması qərarı verildi, belə ki, əməliyyatın ilkin mərhələsində MNX-nın Ürək və damar xəstəlikləri şöbəsinin aparıcı mütəxəssisləri cərrah Seymur Musayevin rəhbərliyi altında açıq ürək əməliyyatı keçirtdilər və trombun xaric edilməsindən sonra əməliyyatın ikinci mühüm mərhələsi həyata keçirildi. Böyrək transplantasiyası üzrə əməliyyatı mənim rəhbərliyim altında xəstə üçün donor olan anasından bir böyrək götürülüb uğurla xəstəyə köçürülüb”.

Doktor Mircəlal Kazımi qeyd etdi ki, hal-hazırda dünya praktikasında xəstələrin dializ proqramına girmədən əməliyyat olunmalarına səy göstərilir. Buna səbəb də dializ xəstələrini hepatit, dializ kateterinə bağlı tromb əmələ gəlməsindən, yüksək arterial təzyiq və onun fəsadlarından, əlavə dərmanların toksik təsirindən və s. qorumaqdır. Ən əsası isə yalnız əməliyyat xəstələrin həyat keyfiyyəni artırır, ailə və cəmiyyətə geri qayıtmalarını təmin edir.

Mircəlal Kazımi onu da bildirib ki, bu onların təcrübəsində ikinci xəstəmizdir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar