Xəbər xətti

24 YANVAR

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 Beynəlxalq Bankla bağlı hesabatların gizlədilməsinin ilginc təfərrüatları

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

20:08 Prezident: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”

19:59 Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur

19:52 Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

19:45 Bakı-Qazax magistralında iki yük maşını toqquşub, biri dərəyə aşıb

19:37 70 ildə 3,5 min sülhməramlı qətlə yetirilib

19:30 68 yaşlı qadın intihar etdi - Kürdəmirdə

19:22 Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində!

19:15 Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

19:08 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

19:01 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

18:54 Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

18:49 “Bizim üçün ən yaxşı bazar qonşulardır” - Prezident

18:41 Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər

18:33 Energetika Nazirliyinin icazələri “ASAN”-a verilir

18:23 “Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident

18:18 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

18:14 İlham Əliyev: “Artıq Avropanın bəzi ölkələrinin neft təminatçısıyıq”

18:11 ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq

18:05 Rusiya Xankəndində əyləncə kompleksi tikir

18:00 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verib

17:53 Sabah Millətlər Liqasının püşkü atılacaq

17:47 “Ağ ev”də daha bir skandal: Tramp özündən 42 yaş kiçik olan məsləhətçisi ilə eşq yaşayır

17:40 Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

17:31 Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

17:28 “Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

17:20 Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

17:09 Energetika Nazirliyinin icazələri “ASAN”a verilir

17:03 Sezen Aksu məşhur şairin evini satışa çıxardı

16:57 Bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

16:51 “Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

16:45 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

16:13 59 yaşlı kişi fermada özünü asdı

16:05 Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

16:00 İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

15:55 Gözəl Bayramlıya 4 il həbs tələbi

15:49 71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

15:43 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

15:37 PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...

15:32 Bakıda tikinti xaosu

15:26 Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” əməliyyat - Ermənistan planını açıqladı

15:20 Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

15:14 Rabitə sektorunda yeni işdənçıxarma dalğası – Təfərrüat

15:07 Ərdoğan Təhlükəsizlik Şurasını çağırdı

15:00 “Siyahıdan kənarda qalanlar içərisində də ev almağa layiq olanlar az deyildi”

14:51 Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

14:45 Rusiya müdafiə naziri: “Bir çox Asiya ölkələri S-400 almaq istəyir”

14:40 Duterte əmr verdi: “Məni güllələyin!”

14:34 “Bu gün YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur”

14:31 Davos forumu ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyətə malikdir?

14:26 Badamdar qəsəbə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

14:21 Satıcı robot bir həftədən sonra işdən çıxarıldı

14:16 Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı

14:11 BMT: Ötən il 56 sülhməramlı həlak olub

14:06 QNET kimsəsiz uşaqları sevindirməyə davam edir – Video

14:02 Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

13:57 Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur - Araşdırma

13:51 Vilayəti Qərbin yeni hədəfini açıqladı

13:46 Qadınlara halal kişi tapan molla

13:40 Azərbaycandan Ümrə ziyarəti səfəri ləğv olundu

13:35 Rusiya FTX Akademiyasının kursantı Bakıda tutuldu

13:29 Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada ölüb

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:16 Azərbaycanda maşınların qiyməti bahalaşdı - Rəqəmlər

13:10 BVF: Azərbnaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək

13:05 Neymar ən yaxşı oyunçu seçildi

12:59 Bir sıra yüksək vəzifələr boşdur - Siyahı

12:53 “Bu, Azərbaycana qarşı təhqirdir”

12:47 “Türkiyə Afrin əməliyyatı ilə Rusiya və İranın Suriya planlarını pozdu”

12:40 Vitse-prezident istefa verdi – “Azərsu” ASC-də dəyişiklik

12:35 Axtarışda olan 13 nəfər saxlanıldı



MÜSAHİBƏ

...

Azərbaycanda aliment ödəyən qadınlar da var

Tarix 28.10.17, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Komitə rəsmisi Aynur Veysəlova: “Bəzən 2-3 mağazası olan kişi işsiz kimi qeydiyyatdan keçib aliment ödəməkdən yayınır”


Azərbaycanda nikahların sayı azalır, boşanmaların sayı isə sürətlə artır. Rəsmi statistikaya görə, ötən il ölkəmizdə 66,8 min nikah və 13,1 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub. Bu ilin 8 ayı ərzində isə Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 40 256 nikah və 9 787 boşanma halı qeydə alıb. Bu zaman əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Boşanan cütlüklərin böyük əksəriyyətində 1 və ya daha çox uşaq olur. Bu isə sonradan uşaqlara aliment ödənişi kimi problemin yaranmasına gətirib çıxarır. Hətta bir çox mütəxəssislər artıq ölkədə boşanma və aliment böhranı yarandığını bildirirlər. Bu şəraitdə Azərbaycanda ailə institutunun problemləri ilə məşğul olan əsas dövlət qurumu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hansı işləri görür? boşanmaların azalması, ailədaxili problemlərin vaxtında aşkarlanaraq qarşısının alınması və sair istiqamətdə Komitənin gördüyü işlərlə bağlı suallarımızı qurumun İnformasiya və analitik şöbənin baş məsləhətçisi Aynur Veysəlova cavablandırdı.

- Aynur xanım, son illərdə boşanmalar və onların acı nəticəsi olan aliment ödənişi ilə bağlı böyük çətinliklər yaşanır, bu məsələ ciddi bir sosial problemə çevrilib. Bu problemin dərindən araşdırılması, statistikanın aparılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hansı işləri görür?

- Azərbaycanda boşanmaların statistikasını Dövlət Statistika Komitəsi həyata keçirir. Biz həmin statistikanı hərtərəfli araşdırır, analiz edirik. Bununla da nikah və boşanmalar sahəsində mövcud problemləri müəyyənləşdiririk, ona uyğun tədbirlər hazırlayıb həyata keçiririk. Komitəmizin fəaliyyətinin bir əsas istiqamətini adından göründüyü kimi, ailə institutunun möhkəmləndirilməsi təşkil edir. Bu istiqamət üzrə boşanmalar, onların səbəblərinin müəyyən olunması məqsədilə daim araşdırmalar aparırıq.

- Boşanmaların səbəblərini öyrənmisinizmi? Əsas səbəblər hansılardır?

- Biz Ədliyyə Nazirliyinin boşanmalar üzrə məlumatlarını, həmçinin özümüzün keçirdiyimiz son araşadırmaların nəticələrini öyrənərkən görürük ki, Azərbaycanda boşanma səbəbləri arasında birinci yerdə evli cütlüklərin xasiyyət uyğunsuzluğu gəlir. Yəni məhkəməyə təqdim olunan iddia ərizələrinin böyük bir qismində boşanma səbəbi kimi bu göstərilir. Bu, əlbəttə ki, ümumi səbəblər toplusudur. Onun altında çoxsaylı və dərin mənəvi-psixoloji amillər dayanır. Daha sonra gəlir reproduktiv sağlamlıqdakı problemlər, zərərli vərdişlərə aludəçilik, məişətdaxili zorakılıq, xəyanət və altıncı yerdə gəlir sosial vəziyyət. Biz özümüz 2 minə yaxın respondent arasında online sorğu keçirmişik. Orada iştirakçılar da sosial-maddi durumu səbəblər sırasında 6-7-ci yerdə qeyd ediblər. Yəni bu səbəb sıralamada Ədliyyə Nazirliyindən aldığımız məlumatlarda və bizim sorğumuzda təxminən eyni yerdə dayanır. Bu da onu göstərir ki, bu gün boşanmaların əsasında insanların ailə institutuna münasibətindəki dəyişmələr, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Bir çox hallarda insanlar ailəyə toya qədərki dövr kimi yanaşır. Toydan sonrakı birgə yaşayış, ər-arvad qarşısında, daha sonra uşaqlar qarşısında mənəvi-sosial məsuliyyət barədə düşünmürlər. Təəssüflər olsun ki, bu gün bu məsuliyyət hissi çox aşağıdır. Ailə qurmağa çox primitiv hal kimi yanaşırlar. Sonra isə davam gətirə bilməyərək boşanırlar. Bilirsiniz, 15-20 il əvvəl insan boşanmışam deyəndə bir balaca narahat olurdu. Amma bu gün istər qadın, istərsə kişilər arasında belə narahatlıq hiss olunmur.

Ailə dağılmaq üçün deyil, bir ömrü birgə yaşamaq üçün qurulur. Qadın da, kişi də düşünməlidir ki, ailə qarşılıqlı güzəştlər müstəvisidir. Burada “mən nə deyirəm o olmalıdır” prinsipi, qarşısındakına insan kimi deyil, şəxsi əşya, mülk kimi baxmaq keçərli olmur. Ailədə rol və vəzifələri dəqiq bilmək lazımdır. Bu, bizim dinimizdə də belədir, konstitusiyamızda da, beynəlxalq konvensiyalarda da.

- Bu bir faktdır ki, ölkəmizdə ailəyə münasibət, ailə dəyərlərinin təbliği  ilə bağlı maarifləndirməyə böyük ehtiyac var. Bu sahədə əsas ağırlıq sizdə olmalıdır. Komitə olaraq nə işlər görürsünüz bu istiqamətdə?

- Biz bu sahədə çox böyük və planlı iş aparırıq. Təkcə Bakı və ətrafında deyil, bütün ölkə boyu - ən ucqar kəndlərdə belə. Bütün respublikanı əhatə edən ailə bayramı keçiririk. Bayram zamanı 400-500 ən uğurlu ailəni seçib nümunəvi model kimi təbliğ edirik. İkincisi, biz Azərbaycan Ailəsi adlı film festivalı keçiririk. Məqsəd nədən ibarətdir bu festivalda? Uğurlu ailələrlə yanaşı problemli ailələr, onlarda problemlərə yol açan səbəbləri əks etdirən sosial filmlər hazırlayırıq. O filmləri bütün ölkə boyu nümayiş etdiririk. O filmlərdə həm insan alveri məsələsi qoyulur, həm qız uşaqlarına ikinci dərəcəli münasibət məsələsi və digər problemli məsələlər qoyulur. Bundan əlavə, məktəblərdə, kənd yerlərində valideynlər və onların övladları ilə paralel şəkildə sosial-psixoloji treyninqlər, seminarlar təşkil edirik. Bir neçə aydır yeni bir layihəyə başlamışıq - Ailə Akademiyası layihəsi. Bu layihədə ağsaqqallar, din xadimləri, həkimlər, psixoloqların köməyindən istifadə etməklə ailədaxili münasibətlərin möhkəmləndirilməsi işini həyata keçiririk. Bu məqsədlə onlara təlim keçirik. Burada əsas məqsəd maarifləndirmə tədbirlərimizin davamlılığını təmin etməkdir.

“Boşanma səbəbləri arasında birinci yerdə evli cütlüklərin xasiyyət uyğunsuzluğu gəlir”

- Aynur xanım, bir çox hallarda elə vəziyyət yaranır ki, bir ailədə kiçik bir problem üzündən münaqişə meydana çıxır. Vaxtında tərəflərlə psixoloq işləsə, onlara zəruri psixoloji yardım göstərilsə, həmin problemi qısa müddətdə həll etmək və ailənin dağılmasının qarşısını almaq olar. Lakin ailə bu yardımı ala bilmir və dağılır. Komitənizin ailə psixoloqu institutunun yaradılması, heç olmasa psixoloqların sayının artırılması ilə bağlı hansısa təklifləri, fəaliyyətləri varmı?

- Bizim 11 regionda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzimiz var. O mərkəzlərdə sosial işçilər, psixoloqlar, bu sahədə hüquqi və sosioloji bilikləri olan mütəxəssislər yetişdirmişik. Onlar davamlı olaraq təlimləndirilirlər. Həmin mütəxəssislər özləri yerlərə gedərək problemli ailələri tapırlar, onlara zəruri psixoloji yardımı göstərirlər ki, həmin ailələr dağılmasın. Bizdə on minlərlə belə keys var ki, vaxtında göstərilən psixoloji yardım sayəsində ailələrin dağılmasının qarşısı alınıb.  Hazırda ailə psixoloqunun yaradılması təklifi üzərində işləyirik. Bu sahədə qabaqcıl dünya təcrübəsini öyrənirik, onun Azərbaycanda tətbiqi yollarını müəyyənləşdiririk. Bildiyiniz kimi, bizdə psixoloqlara münasibət birmənalı deyil. Düzdür, 10-15 il əvvəlkindən daha yaxşıdır, lakin yetərli olduğunu da söyləyə bilmərik. İndi bizdə Azərbaycan ailəsi strategiyası hazırlanır. Ailə psixoloqu məsələsi həmin strategiyaya daxil edilib.

- Alimentlə bağlı böyük problemlər var...

- Bildiyiniz kimi, boşanma həm qadına, həm kişiyə, daha çoxsa uşaqlara ağır psixi-mənəvi təsir göstərir. Bu prosesdən sonra qadınlar və uşaqlar daha bir problemlə üzləşirlər - aliment almaq. Bir çox hallarda ata aliment ödəməkdən boyun qaçırır. Çox zaman da gəlirinin olmadığını əsas gətirir. Amma yoxlayanda görürsən ki, imkanları kifayət qədər genişdir, hətta şadlıq evləri, ticarət obyektləri, maşınları var. Sadəcə, keçmiş arvadına acıq edib aliment vermək istəmir. Amma məsələ burasındadır ki, kişi qadından boşanır, uşaqlarından da boşanmır ki? Anası ilə boşanmaq uşaqların atalığından çıxmaq demək deyil axı. Bu, atalıq vəzifələrini aradan götürmür. Hazırda aliment ödənişindən yayınanlarla bağlı cəzalar xeyli sərtləşdirilib, cərimələr, əmlakın müsadirəsi və sair tətbiq olunur.

- Məlumdur ki, kişilər heç də həmişə imkanları ola-ola aliment ödəməkdən yayınmırlar. Xüsusilə rayon yerlərində kişi bir qadından boşanır - 2-3 uşaqla, az sonra başqası ilə evlənir, ondan da uşaqları olur. Baxırsan ki, ikinci ailəsini güclə saxlayır, birincidən olan uşaqlara isə aliment ödəyə bilmir. Millət vəkili Qənirə Paşayeva qadınları aliment problemindən qurtarmaq üçün Aliment Fondunun yaradılması təklifini irəli sürür. Uşaqlara aliment həmin fonddan ödənilir, kişi dövlətə ödəyir nə ödəməlidirsə. Sizcə, belə bir fond yaradıla bilərmi Azərbaycanda?

- Bilirsiniz, hazırda biz də bu məsələni araşdırırıq. Bir neçə ölkənin təcrübəsini öyrənmişik aliment fondu ilə bağlı. Həmin ölkələrdə bu fondlar həbsdə olan, ağır xəstəlikdən əziyyət çəkən - əmək qabiliyyəti olmayan kişilərin övladlarına aliment ödəyir. Bir müddətdən sonra isə həmin kişi dövlətə o pulu qaytarır. Azərbaycanda alimentlə bağlı çox ciddi problemlər var. Komitəmizə edilən hər 10 müraciətdən ən azı 5-də bu problem var. Biz onları araşdıranda görürük ki, əksər hallarda kişilər rəsmi olaraq işsiz-gəlirsiz qeydə alınsalar da, kifayət qədər gəlirləri də var, alimenti ödəmək imkanları da. Sadəcə, ödəmədən yayınırlar, gəlirlərini rəsmi uçota salmırlar.  Hətta 2-3 mağazası olub, işsiz kimi qeydiyyata düşən və uşağına aliment verməyən kişilər də aşkarlamışıq.

- Alimenti yalnız kişilər deyil, qadınlar da ödəyə bilər. Səhv etmirəmsə, bizim qanunvericiliyimizdə də bu məsələ əksini tapıb. Yəni uşaqlar kimdə qalırsa, qarşı tərəf onlar üçün aliment ödəyir. Azərbaycanda qadınların aliment ödəməsi halları varmı? Varsa təxminən neçə faiz təşkil edir ümumi statistikada?

- Bizdə əksər hallarda uşaqlar anaların himayəsində qalır deyə, alimenti kişilər ödəməli olur. Lakin elə olur ki, qadın uşaqlarından imtina edir, yaxud  onu analıqdan məhrum edirlər, bu zaman alimenti ana ödəyir. Belə hallar var, amma azdır. Haradasa 95:5-ə nisbətindədir.

- Son illərdə telekanallarda müxtəlif verilişlərdə ailə münaqişələri ictimailəşdirilir, bəzən bu verilişlər boşanmaları təbliğ edən vasitə rolunu alır. Komitə olaraq, belə verilişlərlə bağlı monitorinqlər aparıb, bu və ya başqa fakt üzrə müvafiq qurumlara müraciət edirsinizmi?

- Bu sahədə biz işimizi 2 istiqamətdə qurmuşuq - ailə münasibətlərindən yazan jurnalistlərin təlimləndirilməsi və bu məsələlərin düzgün təqdimatı. Dediyiniz tip verilişlərdə olan hallarla bağlı mövqeyimizi bildiririk, problemin düzgün işıqlandırılması üçün öz köməyimizi təklif edirik. Elə olur ki, rəsmi cavab verirlər ki, bir daha belə hallara yol verilməyəcək, amma müəyyən müddətdən sonra yenidən təkrarlanır. Bizim monitorinqlərimiz göstərir ki, yaxşı nümunələrin təbliği gedəndə, boşanmalar, intiharlar, qətllər barədə mətbuatda az məlumat veriləndə bir müddətdən sonra elə halların sayında azalma baş verir. Bu baxımdan, hamının, o cümlədən jurnalistlərin də öz məsuliyyətini dərk edərək işləməsi lazımdır. Ailə dövlətin özəyidir. Bu, çox həssas  bir məsələdir - bütöv zəncirdən ibarətdir. Bəzən bu zəncirin bir həlqəsi qırılır, aradakı əlaqə itir və bütün görülən işlər heç olur. (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru