Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ailələr dağılır, qorxunc statistika


Azərbaycanda boşananların sayı günbəgün artır


2014-cü ilin dəqiq statistikasına görə, ölkədə boşananların sayı ailə quranların 11 faizini təşkil edir. Beş il əvvəl əgər ölkə üzrə boşananlar 6 faiz təşkil edirdisə, hazırda bu rəqəmdə 6 faiz yüksəlib. Bu da hər evli 100 ailənin 11-nin boşanması deməkdir.
Bu rəqəmlər boşanma ilə bağlı ölkəmizdə faciəvi nəticələr olduğunu təsdiqləyir.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında bildirib ki, bu gün ailələrin dağılmasını yalnız bir səbəblə izah etmək olmaz.

“Bu gün ailələr müxtəlif səbəblərdən dağılır. İki şəxsin bir-birini sevməsi üzərində qurulan ailələr olur ki, bu zaman tərəflərin ailələrində buna razılıq verənlərlə yanaşı, razılıq verməyənlər də olur. Amma bu narazılıq sonradan ailənin davamlılığı üçün ciddi problemlərə səbəb olur. Ailələrin təzyiqi ilə qurulan evlənənlər, iqtisadi maraqlar çərçivəsində, yəni varlı oğlan və ya varlı qızla evlənməyi qarşısına məqsəd qoyanlar, nəsil artırmaq üçün, yəni yaşım keçir ailə qurub uşaq sahibi olmaq məqsədi ilə ailələrin qurulması daha çox müşahidə edilir ki, bunlar da sonradan boşanmalara gətirib çıxarır”.

Birlik sədri qeyd edib ki, ailənin saxlanılması üçün kifayət qədər dəstək olmalıdır. “Amma biz müşahidə edirik ki, bu gün ailələrə kənar şəxslərin yersiz müdaxilələri olur. Əgər 25 il bundan qabaq boşananda tərəflər bunu böyük faciə kimi qəbul edirdilərsə, indi çox rahatlıqla gülə-gülə ayrılırlar, bu isə narahatlıq doğurur. Bu gün Bakı ilə yanaşı, rayonlarda da boşanma halalrı kifayət qədər artıb. Ola bilsin dağ rayonlarda, balaca kəndlərdə insanlar biri-birinə yaxındır və boşanma o qədər yoxdur.

İctimai nəzarət, ailəyə dəstək varsa, ağsaqqalar institutu müəyyən mənada qorunub saxlanırsa, o yerlərdə təbii ki ailənin dağılması müşahidə olunmur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar