Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ÜDM-in həcmi 2,3 faiz artıb - Statistika Komitəsi

2018-ci ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 17,2 milyard manata yaxın təşkil edib


Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.

PİA.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Adambaşına düşən ÜDM 1755,7 manata bərabər olub.

Birinci rübün yekunlarına əsasən ölkənin qeyri-neft sektorunda istehsal olunan ÜDM 2,9 faiz, neft sektorunda 1,3 faiz artıb.

 

ÜDM-in strukturunun 48,2 faizi (8,28 milyard manat) sənaye sahəsinə, 6,5 faizi (1,1 milyard manat) tikinti sahəsində, 2,7 faizi (454,4 milyon manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşıb.

Məhsul və idxala vergilər ÜDM-nin 6,5 faizini təşkil edib.

Hesabata əsasən, xidmətlər sektorunda istehsal edilmiş ÜDM-nin 10,3 faizi (1,76 milyard manat) nəqliyyat vasitələrinin ticarəti və təmiri, 6,6 faizi (1,1 milyard manat) nəqliyyat və anbar təsərrüfatlarına, 2,6 faizi (467,6 milyon manata yaxın) turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi, 1,6 faizi (278,5 milyon manat) informasiya və kommunikasiya xidmətləri, 15 faizi (2,57 milyard manat) digər xidmət sahələrinin payına düşüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar