Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb


Respublika QİCS-lə Mübarizə Mərkəzində mətbuat konfransı keçirilib


"Report" xəbər verir ki, tədbir hər il may ayının üçüncü istirahət günündə qeyd olunan QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə gününə həsr olunub.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Esmira Alməmmədova bildirib ki, bu il qeydiyyata alınan İİV-ə yoluxmuş 107 Azərbaycan vətəndaşından 71-i kişi, 36-sı qadındır: "Bu il QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Bu il İİV-ə yoluxanların 10 nəfəri parenteral kontakt, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə baş verib. 39 nəfərin yoluxma yolu müəyyənləşdirilmə mərhələsindədir".

O deyib ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyası 1987-ci ildə aşkar edilib: "Bu ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı kişi, 1473-ü qadındır".

Onun sözlərinə görə, İİV-lə yaşayan insanlardan 45,5 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2 faizində heteroseksual, 2 faizində isə homoseksual kontakt nəticəsində olub: "1,9 faiz anadan uşağa keçməklə, 0,02 faizdə donor qanının köçürülməsi nəticəsində baş verib. 7,4 faizində yoluxma yolu müəyyən edilməyib".
Mərkəzin direktoru diqqətə çatdırıb ki, QİÇS-lə Mübarizə Mərkəzində 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3653 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 115 nəfərə müalicə bu il ərzində başlanılıb: "İİV-ə yoluxmuş insanda 6 il ərzində xəstəlik özünün büruzə verməyə bilər. Yoluxma halı ancaq qan analizi nəticəsində müəyyən olunur".

Tədbirin sonunda İİV-ə yoluxma halları və ondan qorunma üsullarına dair hazırlanmış film nümayiş olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar