Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 6 nəfər qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan, 1 nəfər Pakistan və 3 nəfər Nepal vətəndaşı saxlanılıb


DMX-dən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Bakı şəhərində Qərbi Kaspi Universitetinin hazırlıq kursunda təhsil alan Hindistan vətəndaşı Verma Dalip Kumar, öz həmvətəni Jagmeet Singh tərəfindən təsis edilmiş “Mops Tour and Travel” MMC vasitəsilə sosial şəbəkələrdən istifadə etməklə əcnəbilərin Azərbaycana gətirilməsi və burada yerləşdirilməsini təşkil edib, onların müvəqqəti yaşama üçün icazə vəsiqələri ilə təmin olunmasına dair vədlər verib.

Nepal vətəndaşları Kuldip Mahara, Mandal Santosh Kumar və Mandal Suraj Kumar həmin şirkətin vasitəsilə Azərbaycandakı əlaqələndiriciləri Verma Dalip Kumarla bağlantı yaradıblar. Verma Dalip Kumar qeyd edilən Nepal vətəndaşlarını dələduzluq yolu ilə aldadaraq onlara Azərbaycanda guya işlə təmin ediləcəklərinə dair vədlər verib, ilkin mərhələdə 2500 ABŞ dolları məbləğində pul vəsaitlərini alaraq mənimsəyib.

Nepal vətəndaşları bu il yanvarın 17-də ölkə ərazisinə daxil olub, Verma Dalip Kumar tərəfindən qarşılanıb, “İçəri Şəhər”də kirayə mənzilə yerləşdiriliblər. Verma Dalip Kumar qeyd olunan əcnəbilərə müvəqqəti yaşama üçün icazə vəsiqələri almaqla Azərbaycanda yaşayışlarını leqallaşdıracağına söz verib və onların vasitəsilə Nepal vətəndaşlarının gələcəkdə Azərbaycana kütləvi şəkildə gətirilməsini təşkil edəcəyini bildirib.

Verma Dalip Kumar Nepal vətəndaşlarına nəzarət olunması, onların yeməklə təmin edilməsi məqsədilə aylıq 200 manat ödəniş müqabilində Rəssamlıq Akademiyasında təhsil alan Pakistan vətəndaşı Ijaz Muhammad ilə razılaşıb. Ijaz Muhammad Nepal vətəndaşları ilə bir evdə yaşayıb, onları olduqları yer üzrə qeydiyyata aldırıb və gündəlik qidalanmalarını təmin edib.

Görülmüş tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Nepal vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Eyni zamanda, keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 1 nəfər Nigeriya Federativ Respublikasının vətəndaşı Azeez Olalekan Kareem saxlanılıb, əcnəbinin təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğu məlum olub, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması təmin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar