Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 52 qız evlənmək üçün qaçırılıb


“Bu gün Azərbaycanda uşaqları, yeniyetmələri fiziki, məişət, seksual xarakterli zorakılıqlara, narkotik vasitələrin satışına, məcburi əməklərə, erkən nikahlara, insan alverinə cəlb edənlər onların yaxınları, qohumları, tanışları, valideynləridir. Yəni uşaqların tanıdıqları və etibar etdiyi adamlar tərəfindən belə hadisələr yaşanır”


Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O qeyd edib ki, Azərbaycanda son illərdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər aparılır.

“Qanunvericilikdə aparılan islahatlara əsasən, Azərbaycanda məişət zorakılığı, erkən nikahlarla mübarizə, gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının müdafiəsi sahəsində müsbət istiqamətə dəyişiklər edilib. 

Qanunvericilikdə erkən nikahlarla bağlı dəyişiklər edildikdən sonra erkən nikahların sayı hər il 10 dəfə azalır. Əvvəllər qeydiyyata düşmüş erkən nikahların sayı 3-4 min civarında idisə, bu gün onlar 300-400 civarına düşüb. Lakin yenə də rəsmi nikaha girməyən qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı Azərbaycanda problem hələ də qalır”. 

E.Səfərov bildirib ki, Azərbaycanda 2015-ci ilin məlumatına görə, yetkinlik yaşına çatmayan qızların məcburi nikaha daxil olması və evlənmək məqsədilə qaçırılması ilə bağlı 52 fakt qeydə alınıb. 

“Onların 27-i Gəncə şəhərində qeydə alınıb. 9 fakt Cəlilabadda, 6 fakt Qubada, 4 fakt Balakəndə, 2 fakt Yevlaxda, 2 fakt Kürdəmirdə qeydə alınıb. Şimal qərb zonası erkən nikahlar və evlənmək məqsədli oğurluq faktlarına görə birinci yerdədir.

Keçən ildən böyük şəhərlər və regionlarda məişət zorakılığı ilə bağlı monitorinq komissiyaları yaradılır. Erkən nikahların azaldılması, dərhal həmin ailələrə yardım edilməsi üçün monitorinq komissiyaları fəaliyyət göstərir”. 

E.Səfərov, həmçinin uşaqların narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə cəlb edilməsindən danışıb. Bildirib ki, ötən il 7 belə fakt aşkarlanıb. “Bura həm satışı təşkil edən uşaqlar, eyni zamanda onun istifadə edənlər aiddir. Bu məsələdə valideynlər məsuliyyət daşıyır, onlar məsuliyyətə cəlb edilməlidirlər. Uşaqlar tərbiyə müəssisələrinə yerləşdirilib və bəs, onların valideynləri necə olacaq? 

Ötən il həmçinin insan alverinin qurbanı olmuş bir uşaq qeydiyyata alınıb. Qeyd edim ki, hər il uşaqların təhsildən yayındırılması ilə bağlı 150-180 fakt qeydiyyata alınır. Uşaqlar məcburi əməyə valideynlərin təsiri ilə cəlb edilirlər. Konstitusiyada 15 yaşdan yuxarı uşaqlar işləyə bilərlər. Lakin onun işlədiyi müddət qısa olmalı və təhsildən yayınmamalıdır”. 

Şöbə müdiri vurğulayıb ki, təhsildən yayınmaq faktları hər məktəbdə müşahidə edilir. “Bəzi məktəblər burada erkən nikahı, bəziləri uşağın özünün təhsildən imtina etməsini, bəziləri isə uşağın davamiyyətinin olmamasını səbəb kimi ortaya qoyur. Bu problemlərin qarşısının alınması üçün xüsusi işlər davam etdirilir. Hal-hazırda komitədə Uşaq Məcəlləsi, Uşaq Strategiyası hazırlanır. Bütün qeyd etdiyimiz məsələlərdə orada öz əksini tapacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar