Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 500 min tondan çox ət istehsal olunub


2017-ci ildə Azərbaycanda 540,5 min ton, yaxud əvvəlki ilə nisbətən 3,2 faiz çox diri çəkidə ət istehsal olunub


PİA.AZ Trend-ə istinadən bildirir ki, ötən il ərzində həmçinin 2024,1 min ton (0,7 faiz çox) süd, 1 milyard 714,0 milyon ədəd (6,5 faiz çox) yumurta, 16,0 min ton (3,7 faiz az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub.

İlkin məlumatlara görə, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 465,6 min baş qoyun və keçi, 2 milyon 679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 289,8 min baş inək və camış mövcud olub. Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.

Bundan əlavə ötən il quşçuluq fabriklərində diri çəkidə 81,3 min ton quş əti istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 343,2 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 177 ədəd yumurta alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar