Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 4 nəfəri ilan sancıb


May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması diaqnozu ilə 4 nəfər xəstə gətirilib


Bu barədə Lent.az-a şöbənin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

A. Maqsudov bildirib ki, gürzə ilanın sancdığı şəxslərdən üçü kişi, biri isə qadın olub: “Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Hazırda bütün xəstələrin vəziyyəti stabilləşib”.

Toksikoloq qeyd edib ki, ilan sancması halı Bakının Xəzər və Qaradağ rayonunda baş verib. Bir nəfər xəstə isə Balakəndən gətirilib: “Bundan əlavə qara qurd dişləməsi ilə bağlı 2 çağırış olub, amma zəhərlənmə kimi dəyərləndirilməyib. Bu, hörümçəyin bir növüdür. Bir çağırış isə sarı əqrəb dişləməsi ilə bağlı olub”.

A. Maqsudov deyib ki, ilan, qara qurd dişləyən yeri kəsmək, yandırmaq, hansısa müdaxilə etmək olmaz: “Bu hallar çox zaman fəsad verir. Yara əmələ gəlir ki, onun da müalicəsinə uzun zaman lazımdır. Yaranı təmiz tənziflə bağlamaq və tez  həkimin nəzarətinə çatdırmaq lazımdır ki, həkim mütəxəssis əvvəlcədən həssaslığı yoxlasın, zərdab vursun və xəstəni nəzarətə götürsün”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar