Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 2500 illik qəbir tapıldı - Fotolar


Lerik rayonunda aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb


PİA.AZ Azərtac-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri Lerikin Gürdəsər kəndi ərazisində tədqiqat işlərini davam etdirirlər. Arxeoloji qazıntılara amerikalı mütəxəssislər də qatılıblar.

Qazıntılar kəndin Piboz təpə adlanan ərazisində aparılır. Aşkar olunan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib.

Ekspedisiyanın rəhbəri Ceyhun Eminli bildirib ki, ərazidə 120-dən çox qəbir aşkarlanıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da tapılıb.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış yeri də aşkar edilib. Hazırda həmin ərazidə də qazıntı işləri aparılır.

Amerikalı mütəxəssis Lara Fabian ekspedisiyanın nəticələrindən danışarkən deyib: “İkinci ildir Gürdəsərdə qazıntı aparırıq. Olduqca maraqlı abidədir, 2500 il bundan əvvəl mövcud olan dövlətlərin izlərinə burada rast gəlinir. Biz azərbaycanlı arxeoloqlarla birgə əməkdaşlıqdan məmnunuq.”

Lerik rayonu ərazisində yeni qədim yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli qazıntı işləri də aparılır. Ərazidə qazıntı işləri avqust ayının sonunadək etdiriləcək.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar