Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 200 mindən çox şəkərli diabet xəstəsi var


Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb


APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxanasında 25 may-Ümumdünya qalxanabənzər vəzi gününə həsr olunan tədbirdə Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Saleki bildirib ki, ötən ilin sonuna kimi mərkəzdə şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Onun sözlərinə görə, 2015-ci ildə analoji rəqəm 209 307 olub.
 
B.Saleki qeyd edib ki, "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə xəstələrin müayinə və müalicəsi üçün müvafiq işlər görülür: “Hazırda Sumqayıt, Abşeron, Masallı, Sabirabad, Zaqatala, Şamaxı və digər rayonlarda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlər xidmət göstərir. Respublika Endokrinoloji Mərkəzi tərəfindən illik plan üzrə müayinə, məsləhət və profilaktika işləri aparılır. Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə Bakı və rayonlarda diabet məktəbləri fəaliyyət göstərir.  Hər il şəkərli diabetli xəstə uşaqlar üçün yay düşərgəsi təşkil olunur. Bu düşərgələrdə 30-40 uşaq həm istirahət edir, həm də öz xəstəliyi barədə təlim dərsləri keçirilir. "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılır.  Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinə və müalicəsinin təşkili, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar