Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 180 min müxtəlif qüsurlu uşaq var


Bu il Azərbaycanda uşaqların 70 faizi icbari dispanserizasiyaya cəlb edilib


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, ölkədə cari il ərzində 180 min müxtəlif qüsurlu uşaq aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların üzərində sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.

E.Ağayev qeyd edib ki, bu il 68 min uşaq dispanser qeydiyyatına götürülüb: “Dispanserizasiya tədbirləri böyüklərə də şamil edilir. Böyüklər arasında da dispanserizasiya tədbirləri həyata keçirilir. Belə ki, ölkənin 7,2 milyon böyük əhalisinin 5,5 milyonu cari ilin mart-may aylarında aparılan sağlamlaşdırıcı tədbirlərə cəlb edilib. Valideynlərə də tövsiyə olunmalıdır ki, bu tədbirlərdən yayınmasınlar. Ümumilikdə, Azərbaycanda uşaqların 90 faizi icbari dispanserizasiyaya cəlb olunur, sadəcə olaraq, vaksinasiyadan yayınanlar var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar