Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 15 yaşlı qız şantaj edildi



Azərbaycanda 15 yaşlı qız çılpaq fotoları ilə şantaj hədəfi olub


"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalovanın ans press-ə verdiyi məlumata görə, yeniyetmə qız özündən 2 yaş böyük sevgilisi tərəfindən şantaj edilir. 

Hadisə belə baş verib: 17 yaşlı oğlan 15 yaşlı sevgilisi ilə danışmaq üçün ona mobil telefon bağışlayıb. Bir müddət mehriban münasibətdən sonra qızdan çılpaq şəklini göndərməsini istəyib və "ağıllı" qız da sevgilisinin bu istəyini yerinə yetirib.

Oğlan qızın çılpaq fotosunu əldə etdikdən sonra qızın üzərində ağalıq etməyə başlayır və qıza evdən çıxmamağı tələb edir. Qız isə təhsilini davam etdirmək istədiyindən gizlincə məktəbə gedib. Onun bu hərəkətindən qəzəblənən 17 yaşlı qəhrəman sevgilisinin çılpaq şəkillərini onun qardaşına göndərir. Bundan əvvəl də bir dəfə telefonla danışdığı üçün qardaşı tərəfindən döyülərək xəstəxanaya düşən qız problemi anasına xəbər verib və qardaşının onu öldürəcəyindən qorxduğu üçün evdən qaçır.

Bakıya gələn 15 yaşlı qız bir gün parkda gecələyib. Səhəri gün qızı parkda ağlayan görən naməlum qadın "Təmiz dünya” İctimai Birliyinə zəng edərək bu barədə təşkilat əməkdaşlarını məlumatlandırıb. 

Mehriban xanım qız barədə məlumat aldıqdan sonra onu sığınacağa gətirdiklərini deyir: "Nümayəndələrim qızı parkdan sığınacağa gətirdilər. Söhbət etdikdə məlum oldu ki, bədbəxt qızı atası Qarabağ əlili olub və xəstəlikdən vəfat edib. Polislə əməkdaşlıq etdik. Rayon polisi özü bizimlə əlaqə saxladı və polis vasitəsilə qızı ailəsinə, daha doğrusu əmisinə təhvil verdik. Hər hansı bir cinayətin və ya xoşagəlməz halın baş verməməsi üçün polis hazırda həmin ailəni ciddi nəzarətdə saxlayır. Qızın ailəsi onu şantaj edən yeniyetmə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklər". 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar