Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstə var

“Hazırda Azərbaycanda 1500 nəfərdən çox hemofiliya xəstəsi dispanser qeydiyyatındadır”


Bu barədə hemofiliya mövzusuna dair keçirilmiş “Dəyirmi masa” da məlumat verilib.
 
Bildirilib ki, bu gün dünya üzrə 400000 hemofiliyalı xəstə var, o cümlədən Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ölkədəki hemofiliyalı xəstələr  üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. Dünyadakı hemofiliyalı xəstələrin 80%-i lazımi dərman preparatları ilə təmin olunmurlar. Azərbaycanın da daxil olduğu 20% ölkə hemofiliyalı xəstələri lazımi dərman preparatları ilə təmin edir. 
 
Onu da qeyd edək ki, respublikada hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstədə müxtəlif böyük cərrahi əməliyyatlar həyata keçirilir.
 
Hemofiliya müxtəlif qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon. Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübələr göstərir ki, vaxtında və lazımı səviyyədə antihemofil preparatlarla aparılan müalicə, xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar