Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 10 yaşlı uşaq klinikada öldü


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 10 yaşlı oğlan dünyasını dəyişib


 23.09.2015-ci il tarixində ATU-nun Tədris Cərrahiyyə Klinikasına 29.07.2005-ci il təvəllüdlü Mahmudov Namiq Azad oğlu “Diaqfraqma yırtığı, diafraqmanın relaksasiyası, eksikoz II dərəcəli” diaqnozu ilə qəbul edilib.

Xəstə müayinə və müalicə məqsədilə stasionara yatızdırılıb. Uşağın ümumi halsız olduğunu nəzərə alaraq konservativ müalicəyə başlanılıb. Lakin uşağın vəziyyəti ani olaraq kəskin pisləşdiyindən, reanimasion tədbirlərə başlanılıb.

Əvvəlcə ürəyin qapalı masajı aparılıb. Bu, effektiv olmadığından açıq masaj icra edilib. Aparılan tədbirlərə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Mahmudovun yaxınları uşağın ölümündə həkimləri günahlandırırlar.

“O, dərhal əməliyyat olunmalı idi. Amma uşağa baxan cərrah-həkim Ramiz Poluxov əməliyyatdan yenicə çıxmışdı, yorğunluğu və bayramqabağı (Qurban bayramı 24 - 25 sentyabr) gedəsi yeri olmasını əsas gətirərək uşağı əməliyyat etməyib, növbəti günə saxlayıb. Uşağın vəziyyəti tam pisləşəndən sonra reanimasiya otağına aparılıb, orda da dünyasını dəyişib. Daha sonra uşağın ürəyinə birbaşa masaj adı ilə onu ürək tərəfindən yarıblar, əhəmiyyət verilməyən bir əməliyyat aparıblar”.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildiriblər ki, ölüm halının səbəbini aydınlaşdırmaq məqsədilə faktla əlaqədar komissiya yaradılaraq araşdırmaya başlanılıb. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar