Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 10 mindən çox tələbə ali məktəbdən xaric olunub


2015/2016-ci tədris ilində buraxılış kontingenti bakalavriat səviyyəsi üzrə 31814, magistratura səviyyəsi üzrə 5793 nəfər olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində bakalavriat səviyyəsi üzrə 28640 nəfər, magistratura səviyyəsi üzrə 4754 nəfər müxtəlif təhsil müəssisələrinə qəbul olunublar


Dövlət İmtahan Mərkəzinin (DİM) AzVision.az-a verilən məlumata görə, bu kontingent üzrə təhsil müəssisələrinin bakalavriat səviyyəsini 26435, magistratura səviyyəsini 4587 nəfər bitirib və onlara diplom verilib. 

Bildirilib ki, hazırda bakalavriat səviyyəsi üzrə 3807, magistratura səviyyəsi üzrə isə 709 nəfər təhsil alır (onlar təhsilini davam etdiriənlər və diplom əmri sistemə daxil edilməyənlərdən ibarətdir).

Məlumata əsasən, Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı bakalvriat səviyyəsi üzrə 388, magistratuira səviyyəsi üzrə 88 nəfər olub. Bakalavriat səviyyəsi üzrə 196 nəfər digər dövlətlərin ali təhsil müəssisələrindən köçürülüb, magistratura səviyyəsi üzrə köçürülən olmayıb. Xarici təhsil müəssisələrindən köçürülən tələblərin sayı keçən ilki analoji statistik məlumatlardakı göstəricilərdən iki dəfə az olub.

Qeyd edilib ki, ölkə daxilində bir təhsil müəssisəsindən digər təhsil müəssisinə köçürülənlərin sayı bakalavriat səviyyəsi üzrə 1325 nəfər olub, 24 nəfər digər təhsil müəssisinə köçürülmə ilə xaric olunub, lakin köçürülmə əməliyyatı başa çatdırılmayıb. Köçürülmənin başa çatdırılmamasına səbəb müvafiq əmrin hesabat alınana qədər sistemə daxil edilməməsi də ola bilər. Magistratrura səviyyəsi üzrə 39 nəfər Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyətini dayandırması ilə əlaqədar Azərbaycan Dövlət Pedoqoji Universitetinə köçürülüb. 

Təkrar təhsil almaq məqsədilə təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 573 nəfər qəbul edilib. Bu şəxslərin təhsil müəssisələrinə qəbulu zamanı TQDK iştirak etməyib. Bütün təhsil müəssisələri üzrə bakalavriat səviyyəsinə 293, magistratura səviyyəsində 166 nəfər akademik məzuniyyətdədir. Əvvəlki illərdə qəbul olub, bu və ya digər səbəbdən aşağı kurslara bərpa olunanların sayı bakalavriat səviyyəsi üzrə 979, magistratura səviyyəsi üzrə 1217 nəfər olub.

2015/2016-cı il üzrə orta ixtisas təhsili müəssisələrinin buraxılış kontingenti tam orta təhsil bazası üzrə 4743 nəfər, ümumi orta təhsil bazası üzrə isə 7732 nəfər olub. Bu kontingent üzrə təhsil müəssisəsini tam orta təhsil bazası üzrə 3838 nəfər, ümumi orta təhsil bazası üzrə isə 6382 nəfər bitirib. 

2015/2016-cı il üzrə akademik borca görə xaricedilmələr bakalavriat səviyyəsi üzrə 4832, magistratura səviyyəsi üzrə 462, tam orta ixtisas bazası üzrə 1756, ümumi orta ixtisas bazası üzrə isə 1439 nəfər olub. 

Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr bakalavriat səviyyəsi üzrə 5390, magistratura səviyyəsi üzrə 9, tam orta ixtisas bazası üzrə 1000, ümumi orta ixtisas bazası üzrə isə 1380 nəfər olub. 

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr bakalavriat səviyyəsi üzrə 10397, magistratura səviyyəsi üzrə 1888, tam orta ixtisas bazası üzrə 5521, ümumi orta ixtisas bazası üzrə 3814 nəfər (ümumilikdı 21620 nəfər) olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar