Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 109 min 502 müəssisə və təşkilat var - Statistika


2017-ci il yanvar-mart ayları ərzində müəssisə və təşkilatların sayı 2% artaraq aprelin 1-i vəziyyətinə 109502 olub


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, artım iqtisadiyyatın "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", "Turistlərin yerləşdirilməsi və ictimai iaşə", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Peşə, elmi və texniki fəaliyyət", "İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət", "Nəqliyyat və anbar təsərrüfatı" və "Ticarət; nəqliyyat vasitələrinin təmiri" sahələrində nəzərəçarpacaq dərəcədə olub.

"Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Tikinti", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" və "Peşə, elmi və texniki fəaliyyət" sahələrində müəssisə və təşkilatların statistik vahidlərin Dövlət reyestrindəki xüsusi çəkisi daha yüksək olub.

Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (28,6%), "Digər sahələrdə xidmətlərin göstərilməsi" (18,7%), "Tikinti" (11,1%), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (9,7%), "Peşə, elmi və texniki fəaliyyət" (7,2%) və "Emal sənayesi" (6,1%) sahələrinin payına düşür.

Dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (34,6%), Böyük Britaniya (8,3%), Rusiya (7,5%), İran (5,8%), ABŞ (3,1%) və Almaniya (2,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

2017-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 23,7%-i "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 16,5%-i "Digər sahələrdə xidmətlərin göstərilməsi", 14,4%-i "Peşə, elmi və texniki fəaliyyət", 9,3%-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 8,2%-i "Tikinti", 6,2%-i "Emal sənayesi", 6,2%-i "Dövlət idarəetməsi və müdafiə; sosial təminat" sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 28,4%-i "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 27,8%-i "Digər sahələrdə xidmətlərin göstərilməsi", 8,6%-i "Peşə, elmi və texniki fəaliyyət", 7,2%-i "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", 5,8%-i "Tikinti", 4,6%-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

2017-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 98,3%-i xüsusi mülkiyyətli (o cümlədən 6,6%-i tam xarici investisiyalı, 1,2%-i birgə mülkiyyətli), 1,7%-i isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Qeydiyyatda olan müəssisə və təşkilatların 54,2%-i Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 61,8%-i Bakıda, 12,6%-i Aran, 5,5%-i Abşeron, 4,6%-i Gəncə-Qazax, 4,3%-i Dağlıq Şirvan və 3,3%-i Quba-Xaçmaz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Dağlıq Şirvan iqtisadi rayonunda (4,6%), Bakı şəhərində (2,3%), Quba-Xaçmaz iqtisadi rayonunda (2,2%), Aran iqtisadi rayonunda (1,9%), Abşeron iqtisadi rayonunda (1,7%), Yuxarı Qarabağ iqtisadi rayonunda (1,5%), Gəncə-QazaxŞəki-Zaqatala iqtisadi rayonlarında (hər birində 1,4%), Lənkəran iqtisadi rayonunda (1,1%) və Naxçıvan Muxtar Respublikasında (0,7%) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 62, Gəncə-Qazax iqtisadi rayonu üzrə 10, Aran iqtisadi rayonu üzrə 8, Naxçıvan Muxtar Respublikası üzrə 6, Abşeron iqtisadi rayonu üzrə 4, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2, Quba-XaçmazLənkəran iqtisadi rayonlarının hər biri üzrə 1 müəssisə ləğv edilib.

2017-ci il aprelin 1-i vəziyyətinə ölkədə mövcud olan kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanun və "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında götürülüb.

Göründüyü kimi, 2017-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 80%-ini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (31,2%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,9%), tikinti (11,8%) və kənd təsərrüfatı (10,4%) sahələrində yaradılıb.

Kiçik müəssisələrin 57,3%-i Bakıda, 12,8%-i Aran, 6,9%-i Abşeron, 6%-i Lənkəran, 5,8%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar