Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramına qarşıdır? - Politoloq şərhi


“Azərbaycanla Qərb ölkələri arasında olan soyuqluq aradan qaldırılacaq”


Qabil Hüseynli: “Mahmud Məmmədquliyevin son bəyanatına normal yanaşıram”.

Bu fikirləri politoloq Qabil Hüseynli Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Azərbaycanın Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığa daha çox üstünlük verməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Belarus paytaxtı Minsk şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.  Görüşdə iştirakçı ölkələr “Şərq Tərəfdaşlığı” Proqramı ölkələrinin Riqa Zirvə toplantısından sonra Avropa Birliyi (AB) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar. Görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Azərbaycanın AB ilə ikitərəfli münasibətlərə üstünlük verməsi ilə bağlı bəyanatla çıxış edib.



Qabil Hüseynli: “Qərblə əməkdaşlıq Azərbaycan üçün faydalıdır və bu əməkdaşlıq  ikitərəfli qaydada daha konstruktivdir ”


Azərbaycanın xarici işlər nazirinin müavinin son bəyanatına normal yanaşdığını bildirən politoloq Qabil Hüseynlinin fikrincə,  xarici işlər nazirinin müavinin son bəyanatı Qərblə əməkdaşlıq siyasətini kəsmək kimi alqılanmamalıdır və Azərbaycan Avropa Birliyi ilə inkişaf edən əməkdaşlığını davam etdirəcək:

 “Mahmud Məmmədquliyevin son bəyanatına normal yanaşıram. Bu Azərbaycanın Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan qərbyönümlü siyasətinin təməl prinsiplərindən biridir. Ulu öndərimiz həmişə bu prinsiplərə sadiq olub və əgər  bu gün Azərbaycanın xarici işlər nazirinin müavini bu prinsiplərin inkişaf etdirilməsinə, yəni Azərbaycanın Avropa Birliyi ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyini söyləyibsə, bu o deməkdir ki, Azərbaycanla Qərb ölkələri arasında olan soyuq münasibəlr aradan qaldırılacaq və Azərbaycan yenə də əvvəlki kimi Qərblə əməkdaşlıq siyasətini davam etdirəcək. 

Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının Şərq Tərəfdaşlığı” proqramından kənar inkişafının mənfi və müsbət tərəflərini dəyərləndirən politoloqun fikrincə, Qərb ölkələri ilə və həmçinin Avropa Birliyi ilə ikitərəfli iqtisadi əməkdaşlıq daha effektiv əməkdaşlıqdır və bu  Azərbaycan üçün daha faydalıdır:

“Biz Qərblə elmi, texniki, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq edirik. Məsələn, Azərbaycan özünə lazım olan bir çox texnologiyaların əvəzində Qərbə xammal, neft, təbii qaz və s. göndərir. Bu gün Azərbaycanın istifadə etdiyi bütün elmi-texniki nailiyyətlərin çoxu Qərb ölkələrindən gəlir. Məsələn, Azərbaycanda Avropa Oyunlarını keçirilən zaman tikilən obyektlərin çoxunun materialları, qurulması, istifadəyə verilməsi məhz Avropa şirkətləri tərəfindən həyata keçirilib. Deməli, Qərblə əməkdaşlıq Azərbaycan üçün faydalıdır və bu əməkdaşlıq  iki tərəfli qaydada daha konstruktivdir. 


Qabil Hüseynli: “Bu o demək deyil ki, Avropa Şurasının qərarları bizim üçün qanun səviyyəsində olmalıdır ”


Eyni zamanda Azərbaycanın vacib problemi olan Dağlıq Qarabağ münaqişəsi var. Bir sıra Avropa qurumları var ki, həmin qurumlar münaqişəyə ikili standartlarla yanaşırlar. Bəzən isə əsassız olaraq Azərbaycanın daxili işlərinə müdaxilə edirlər. Bu siyasi təşkilatlarla Azərbaycan öz əməkdaşlığını davam etdirir. Lakin bu o demək deyil ki, misal üçün Avropa Şurasının qərarları bizim üçün qanun səviyyəsində olmalıdır. Azərbaycanda əsas qanun Azərbaycan Respublikasının Konstitutsiyasıdır və Azərbaycan istər xarici, istərsə də daxili siyasətində özünün əsas qanun toplusu olan Azərbaycan Respublikasının Konstitutsiyasına əsaslanmalıdır. Ona görə də, hesab edirəm ki, Avropa ölkələri ilə, həmçinin Avropa Birliyi ilə iqtisadi sahədə ikitərəfli əməkdaşlığa daha çox üstünlük verməlidir və bu Azərbaycan üçün daha effektlidir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar