Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “Blomberg”in siyahısına düşmədi


Nüfuzlu agentlik investisiya qoyuluşu üçün əlverişli ölkələrin siyahısını açıqlayıb


“Blomberg” agentliyi investisiya qoyuluşu üçün əlverişli ölkələrin siyahısını açıqlayıb.

 Rusiya, İndoneziya, CAR, Hindistan kimi ölkələrin yer aldığı siyahıya Azərbaycan düşməyib. Ölkədə isə iki ilə yaxındır ki, investisiya cəlb edilməsi üçün müxtəlif tədbirlər görülür. Azərbaycanın investisiya üçün cəlbediciliyinin olmamasının səbəblərini ekspertlər musavat.com-a açıqlayıblar. 

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, “Blomberg”in siyahısına düşə bilməməsinin səbəbləri müxtəlifdir: “Əsas səbəblər ölkənin xronoloji xəstəlikləridir. Uzun zamandır Azərbaycanda inhisarçılıq və korrupsiya o qədər yüksək səviyyədə olub ki, bu, investorları çəkindirən əsas faktora çevrilib. Son zamanlar isə yeni faktorlar əlavə olunub. Ölkədə alıcılıq qabiliyyəti aşağı düşdükcə, əhalinin gəlirləri azaldıqca, investisiya üçün cəlbedicilik itir. İkinci problem iqtisadi məsələdən çox hüquqi məsələdir. Azərbaycanda müstəqil fəaliyyət göstərən məhkəmələr olmadıqca və mülkiyyət hüququnun toxunulmazlığı təmin edilmədikcə, ölkə investorları çox ciddi şəkildə çəkindirəcək. Son zamanlar hətta sərbəst şəkildə valyutaya çıxış imkanlarının məhdudlaşdırılması, valyuta alış-satışlarının çətinləşdirilməsi investorları ən çox çəkindirən məsələlərdən biridir. Ölkədə sərbəst şəkildə valyutanın daxil olmasına və çıxışına maneələr yaradılırsa və valyuta alış və satışı çətinləşdirilirsə, bu, bir siqnaldır. Son aylar baş verən proseslər investorları ölkədən daha da çəkindirir. Bu tipli reytinqlərdə Azərbaycanın yer almamasına və investisiya, yatırım üçün cəlbedici ölkə olmamasına səbəb olur”. 

Qubad İbadoğlu isə bildirib ki, Azərbaycan investisiya cəlbediciliyini bir neçə səbəbdən itirib: “Ölkənin korrupsiya, şəffaflıq, hesabatlıq göstəriciləri aşağıdır. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında statusunun endirilməsi də buna təsir göstərib. Beynəlxalq reytinqlər, o cümlədən beynəlxalq kredit agentlikləri qiymətləndirmə aparırlar, bu da son nəticəyə təsir göstərir. Bu, həm də ölkədəki mövcud iqtisadi durumla bağlıdır. Ölkədə idarəetmədə inzibati metodlardan istifadə olunması, oliqarx idarəçilik üsulunun davam etməsi də reytinqin pisləşməsini şərtləndirir. Hesab edirəm ki, ölkədə bazar institutlarının fəaliyyət göstərməməsi, qiymətlərin sərbəstləşdirilməməsi, Tarif Şurasının fəaliyyət göstərməsi də təsir göstərən amillərdən biridir. Eyni zamanda mövcud iqtisadi durum, manatın tarazlığının formalaşmaması, devalvasiya ehtimalları barədə xəbərlər cəlbedicilik səviyyəsinin aşağı düşməsinə və pisləşməsinə gətirib çıxarır. Bu baxımdan, ”Blomberg"in siyahısında Azərbaycanın adına rast gəlmək mümkün deyil. Problemlər həll olunmasa, Azərbaycan investisiya cəlbediciliyi olan ölkələrin siyahısına düşə bilməyəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Ən çox oxunanalar