Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yeni qızıl yatağında hasilata başladı

Ötən il Azərbaycanın Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur" qızıl yatağında hasilata başlanılıb


PİA.AZ  report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

Qeyd olunub ki, "Uğur" yatağı artıq şirkətin ümumi hasilatına böyük qatqı verir.

Sentyabrın 1-10-da orta gündəlik qızıl hasilatının həcmi qızıl külçəsi formasında 212 unsiya təşkil edib ki, bu da əvvəlki səkkiz aydakı orta gündəlik hasilatdan 116% (iki dəfədən artıq) çoxdur. "Uğur" yatağının tam həcmdə hasilata cəlb edilməsi ilə orta gündəlik hasilatın daha da artması gözlənilir.

Qeyd edək ki, son qiymətləndirməyə əsasən, yataqda ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.

"Uğur" yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq "Anglo-Asian Mining"in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Ən çox oxunanalar