Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yeni pilotsuz uçuş aparatlarının istehsalına başlayır


2017-ci ildə Azərbaycanda daha iki növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır


Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır”, - deyə məlumatda bildirilir.

2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ “Orbiter” tipli pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.

“2016-cı ildə müdafiə sənayesi üzrə məhsul istehsalının ümumi həcmi 272,6 mln. manat təşkil edib və proqnoza 100,2% əməl edilib. Ümumi məhsul istehsalının həcmi 2010-cu ilə nisbətən 3 dəfə artıb”, - deyə məlumatda bildirilir.

Ötən il müdafiə təyinatlı məhsullar (ümumi dəyər 233,4 mln. manat) ümumi məhsul istehsalının 85,6%-ni, mülki təyinatlı məhsullar (ümumi dəyər 39,2 mln. manat) ümumi istehsalın 14,4%-ni təşkil edib. Müdafiə təyinatlı məmulatların istehsal həcmində 2015-ci illə müqayisədə 1,8 dəfə artım olub.

Hesabat ilində bağlanmış müqavilələr üzrə 156 mln. 397,7 min manat məbləğində müxtəlif müdafiə təyinatlı məmulatlar istehsal edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar