Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yəhudilərinə yeni lider


Quba rayonu ərazisindəki Qırmızı Qəsəbənin sinaqoqunda Cənubi Qafqazda yəhudilərin sıx yaşadığı bu unikal qəsəbənin dağ yəhudiləri dini icmasının yığıncağı olub


PİA.AZ Azərtac-a istinadən xəbər verir ki, Yəhudi Xəbərlər Agentliyi (YXA) bildirib ki, yığıncaqda məxsusi olaraq Bakıdan Qırmızı Qəsəbəyə gələn Milli Məclisin deputatı Yevda Abramov, habelə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak ediblər. Yığıncaqda 44 yaşlı Yuri Niftəliyevin dini icmanın idarə heyətinin yeni sədri seçilməsi barədə qərar qəbul olunub.

Boris Simanduyev YXA-ya müsahibəsində deyib: “5775-ci ilin Pesaxına qədər davam edəcək keçid dövründə idarə heyətinin sədri vəzifəsində topladığım təcrübəni Yuri Niftəliyev ilə bölüşəcəyəm”.

2013-cü ildə 80 yaşını qeyd edən Boris Simanduyev 21 il Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasına rəhbərlik edib.

Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında səmərəli fəaliyyətinə görə Boris Simanduyevi “Şöhrət” ordeni ilə təltif edib.

Gözlənildiyinə görə, “Şöhrət” ordenli Boris Simanduyev Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasının fəxri sədri seçiləcək, Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafı istiqamətində fəaliyyətində təcrübə, məsləhət və nüfuzundan istifadə edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar